Serbiya prezidenti qəza ilə bağlı Azərbaycana başsağlığı verdi
ARANTV.AZ xəbər verir ki, bu barədə Aleksandr Vuçiç “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Qazaxıstandakı təyyarə qəzası xəbərini dərin kədərlə öyrəndim. Prezident İlham Əliyevə, həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verirəm. Bu çətin anlarda yanınızdayıq”, – o qeyd edib.

