Azərbaycan XİN: “Sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı”
ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” -də təyyarə qəzası ilə bağlı paylaşımında bildirilib.
“Baş verən bu dəhşətli qəza nəticəsində həlak olan şəxslərə Allahdan rəhmət diləyir, ailələrinə və doğmalarına dərin hüznlə baş sağlığı verir, yaralılara şəfa arzu edirik”,- deyə qeyd edilib.

