Kriminal 

Xaçmazda ata oğlunu bıçaqladı

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Niyazoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Bəxtiyar Sahib oğlu Fərzəliyev bıçaq xəsarəti alıb. Ona atası, S.Fərzəliyev xəsarət yetirməkdə şübhəli bilinir.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər