Gündəm 

İranda yeni radar istifadəyə verilir – Qonşu ölkələri müşahidə edəcək

İranın şimalındakı Gilan əyalətində 800 km-dək radiusda fəaliyyət göstərə biləcək “Nəzir” adlı yeni radar yerləşdirilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı  xəbər verir.

Məlumata görə, radar sistemi 30 km-dən çox hündürlüyə qədər hədəfləri aşkar etmək qabiliyyətinə malikdir.

“Nəzir” radarı Ermənistan və Türkiyənin şərqinin böyük hissəsini, Gürcüstanın əksər bölgələrini, Türkmənistanın qərb hissəsini, Qazaxıstanın cənub-qərbinin bir hissəsini, eləcə də Xəzər dənizinin səmasını müşahidə edəcək.

 

Daha çox xəbərlər