Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bakıya qarşı sanksiyanı o hazırlamışdı – Rubio dövlət katibi olur

By Vüsal Rafiqoğlu
17.01.2025 4 Min Read

ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir

Yanvarın 15-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Donald Trampın dövlət katibi vəzifəsinə namizədi senator Marko Rubionun namizədliyini təsdiq edən dinləmələr olub. Rubio Senatda geniş dəstəyə malikdir və bunun nəticəsində o, yanvarın 21-dən gec olmayaraq, heç bir maneə olmadan bu vəzifəni icra edəcək. Marko Rubio Trampın komandasının ən nüfuzlu üzvlərindən biri hesab olunur, çünki o, həm respublikaçılar, həm də demokratlar arasında əhəmiyyətli dəstəyə malikdir. 

Haqqın.az yazır ki, ABŞ-dakı erməni diasporu Rubionun dövlət katibi vəzifəsinə təyin olunmasına böyük ümid bəsləyir. Məlum olduğu kimi, 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda xüsusi əməliyyat keçirməsindən və ölkənin ərazi bütövlüyünü tam bərpa etdikdən sonra erməni diasporunun təsiri altında olan, həmçinin erməni lobbisinin nümayəndələri ilə sıx əlaqələri ilə tanınan Rubio Bakıya qarşı sanksiyaları gündəmə gətirmişdi. Respublikaçı senator Aleks Padilla ilə birgə  “Laçın dəhlizinin blokadası” fonunda  Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə və hərbi yardımı dayandırmağa çağıran ikipartiyalı qanun layihəsi təqdim etmişdilər.

Bu səbəbdən Amerika Erməni Milli Komitəsi (ANCA) Rubioya Senatda tam dəstəyini ifadə edib. Komitə ondan “ermənilərin Qarabağa qayıtması”, Azərbaycana qarşı sanksiyaların tətbiqi və digər bu kimi məsələlərdə yardım gözləyir.

Qeyd edək ki, Tramp administrasiyasının əsas xarici siyasət prioritetlərinin, o cümlədən Cənubi Qafqaza istiqamətli kursun necə formalaşacağı ilə bağlı müxtəlif fikirlər var. Lakin əksər ekspertlər hesab edir ki, ümumilikdə Cənubi Qafqaz, o cümlədən Ermənistan Tramp üçün prioritet olmayacaq.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, 53 yaşlı siyasətçi ABŞ dövlətinin hazırladığı siyasi ssenari cizgilərindən bir addım da kənara çıxa bilməz: “Donald Tramp administrasiyasında dövlət katibi vəzifəsinə senator Marko Robionun gətirilməsinə indi daha çox ermənilər sevinir. Doğrudur, bu senator hər zaman ermənisevərliyi ilə seçilib. Amma burada bir məsələ var ki, Birləşmiş Ştatlarda senator olaraq hansısa etnik, dini qruplara simpatiyanı açıq formada ifadə edə bilərsən. Mövcud ABŞ qanunvericiliyi buna qarşı çıxmır. Əksinə, senatorlar icmaların “danışan dili” olduğu üçün rəğbətlə qarşılanır, dəstək verilir. Fəqət, dövlət katibi olduqca strateji postdur. Ölkənin xarici siyasətinin bir nömrəli şəxsi olaraq senator Robionun səhv etmək şansları yoxdur. ABŞ-ın baş diplomatı olaraq 53 yaşlı siyasətçi dövlət siyasi ssenari cizgilərindən bir addım da kənara çıxa bilməyəcək. Onun ermənipərəst hər hansı addımı ABŞ dövlətinin siyasi xətti kimi dəyərləndiriləcək. Ən azından, qarşı tərəflər bu cür anlaya bilər. Ona görə də floridalı senator siyasi kursdan kənar addımlar atmayacaq. Əks halda, bu onun siyasi karyerasının zirvədən uçuruma yuvarlanması ilə nəticələnər. Bu baxımdan, düşünürəm ki, Marko Robio dövlət katibi postuna təsdiqləndikdən sonra ermənilərə qarşı rəsmi münasibətinə müəyyən korrektələr edəcək. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Robio seçki təbliğatlarında erməni milyarderlərin pullarını xərcləyib və seçki kampaniyasını onların hesabına qurub. Digər tərəfdən, partiyadaxili seçkilərdə dördüncü yeri tutmaqla prezidentliyə əsas namizəd ola bilməyib və erməni milyarderlərin pulunu batırıb. 2020-2023-cü illərdəki seçkilərdə onun aşırı ermənipərəst addımları məhz bununla bağlıdır. Siyasətdə borclandığı erməni lobbisi önündə anti-Azərbaycan çıxışlar etməklə çıxmağa çalışıb. Doğrudur, Robio ABŞ və Ermənistan arasında məlum xartiyanın imzalandığı günlərdə dövlət katibi olacaq. Amma bu da ona hər hansı üstünlük tanımayacaq. Çünki Tramp administrasiyası Rusiya və Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu dilə gətirməsə də, bunun siqnallarını verib. Çünki biznes təfəkkürlü yeni ABŞ prezidenti Azərbaycanın, Türkiyənin və Rusiyanın bölgədə açar ölkə olduğunun fərqindədir. Yəni Cənubi Qafqazda hökm etmək üçün Ermənistan, onun resursları və geostrateji durumu hər şeyi həll etmir. Təbii ki, Robio da peşəkar siyasətçi kimi sadalanan faktorların fərqindədir”.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Marko Rubionun indiyə qədər mövqeyinin sadəcə bir senator mövqe olduğunu söylədi. O, Amerikanın yeni dövlət katibinin isminin kimliyindən qəti narahat deyil: “ABŞ-ın dövlət katibliyinə namizədi olan Marko Rubionun vəzifə başına gələndən sonra atacağı addımlar, mövqeyi hələ bir neçə ay öncə müzakirə mövzusu olmuşdu. Ölkəmizdə Tramp komandası üzvləri arasında məhz onun barəsində daha çox müzakirələrin aparılması təsadüfi deyildi. Çünki Rubio öncədən Cənubi Qafqazla bağlı obyektiv olmayan birtərəfli mövqeyi ilə tanınırdı. O səbəbdən onun dövlət katibi kimi işə başlayandan sonra həmin mövqeyini artıq ABŞ-ın xarici siyasət idarəsinin başçısı kimi davam etdirəcəyi söylənilirdi. Əslində isə ABŞ-da xarici siyasət bu şəkildə formalaşmır. Yəni bir məmurun mövqeyi ilə dövlət siyasəti yürüdülmür. Marco Rubio indiyədək söylədiyi fikirləri Florida ştatından olan senat üzvü kimi səsləndirirdi. ABŞ-da senatorlar və konqresmenlər ayrı-ayrı partiyaları təmsil etsələr də, fikirlərində və təkliflərində həmişə sərbəst olublar. Hətta bir çox hallarda onların fikirlərinin mənsub olduğu partiyanın mövqeyi ilə üst-üstə düşməməsinin də şahidi olmuşuq. Amma prezident tərəfindən vəzifəyə gətiriləndən sonra komanda içində fərqli fikir və siyasətin aparılması imkansız olur. Odur ki, Marco Rubionun hansı mövqedə olmasından öncə prezident Trampın müəyyənləşdirdiyi xarici siyasət kursunun necə olacağı daha vacibdir. Bu mövqe Rubionun şəxsi düşüncələrindən fərqli də ola bilər, qismən və yaxud tam üst-üstə düşə də bilər. Amma istənilən halda müəyyənləşmiş kursdan kənara çıxıla bilməz. Buna cəhd olunarsa, o zaman prezident onu azad etmək səlahiyyətini özündə saxlayır. Amma təcrübə göstərir ki, indiyədək vəzifəyə təyin olunan məmurlar şəxsi baxışlarına görə deyil, dövlət siyasətinə yönəlik fəaliyyət göstərməyə məcbur olublar. Odur ki, məni Marko Rubionun senator olaraq bundan öncəki düşüncələri, Ermənistan və Azərbaycana münasibəti o qədər də narahat etmir. Onun dövlət katibi olaraq işə başlayandan sonrakı fəaliyyəti əsas kimi götürülməlidir. Əsas məsələ ABŞ dövlətinin Cənubi Qafqaz siyasətinin hansı şəkildə olmasındadır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Daha bir qalmaqal: Cərrah əməliyyat zamanı canlı yayım açdıVİDEO

Next

Bərdə rayon İcra Hakimiyyəti başçısının Alpout kəndində səyyar qəbul-görüşü keçirilib

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv