Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri: Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Baş katibi Bağır bəy Kərbəlayi Ələsgər oğlu Rzayev

By Vüsal Rafiqoğlu
07.02.2025 2 Min Read

İrəvanın Ermənistana verilməsinə etiraz etdi, siyasi təzyiqlərə məruz qaldı, intihar etdi…

Mədəni irsimiz, milli kimliymiz xalqımızın göz nuru, yurdumuzun silinməz daş yaddaşı olan Qərbi Azərbaycan, onun göz bəbəyi, elm, maarif, incəsənət məbədi olan, mədəniyyətin, mənəvəvi dəyərlərin rəmzinə çevrilən İrəvan şəhəri daim tarixdə iz qoymuş görkəmli şəxsiyyətlər yetirib. Belə şəxsiyyətlərdən biri də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri vəzifələrində çalışmış Bağır bəy Kərbəlayi Ələsgər oğlu Rzayevdir.

B.Rzayev 1891-ci ildə İrəvanda doğulub boya başa çatıb. O, ilk təhsilini 1903-1912-ci illərdə İrəvan kişi gimnaziyasında aldıqdan sonra Rusiyaya gedərək 1912-1916-cı illərdə Moskva İmperator Universitetinin hüquq fakültəsində oxumuşdur. Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilən B.Rzayev burada müsəlman fraksiyasının, eləcə də 1917-ci ilin payızında azərbaycanlı eserlər və sosialistlər tərəfindən təsis olunan Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur.

1917-ci il martın 29-da Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi yaradıldı. Məhəmmədhəsən Hacınski onun sədri, Məhəmməd Əmin Rəsulzadə isə sədr müavini şeçildilər. Milli hakimiyyətin rüşeymini təşkil edən müsəlman milli komitələri “Ümumi milli mənafeyi” qorumaq şüarı ilə çıxış edirdilər. Bağır bəy Rzayev İrəvan Milli Komitəsinin üzvü idi. O, 1918-ci il mayın 27-də Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdi.

B.Rzayev Azərbaycan Milli Şurasının 1918-ci il mayın 31-də keçirilən iclasında İrəvanın yeni yaradılan Ermənistan Respublikasına paytaxt kimi güzəştə gedilməsinə etiraz edən üç deputatdan biri olmuşdur. O, Milli Şuranın “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun”una (1918, 19 noyabr) əsasən, Cümhuriyyət parlamentinin tərkibinə daxil edilmişdi. B.Rzayev parlamentdə “Sosialistlər” fraksiyasını təmsil edirdi.

Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur. Parlamentin 1918-ci il 15 dekabr tarixli sayca 2-ci iclasında onun üzvlüyü səsə qoyularaq təsdiqlənmişdir.

1919-cu il yanvarın 28-də Bağır bəy Rzayev parlamentdən xaric edilir və əvəzinə İbrahim Əbilov üzv seçilir. O, 1919-cu il mayın 15-də üzvlükdən çıxan Məhəmməd Məhərrəmovun əvəzinə Sosialistlər fraksiyası tərəfindən parlament üzvlüyünə namizəd göstərilərək üzv seçilir.

1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olunduqdan sonra mühacirət həyatı yaşayan B.Rzayev sonralar Azərbaycana geri dönmüşdür. Görkəmli şəxsiyyət, xalqına, Vətəninə sədaqətlə xidmət edən, bolşeviklər tərəfindən təqib olunan B.Rzayev 1927-ci ildə siyasi təzyiqlərə dözməyərək intihar etmişdir.

İndi Ermənistan adlanan tarixi torpağımız olan Qərbi Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini, öyrənmək, təbliğ etmək, görkəmli şəxsiyyətlərini ehtiramla yad etmək, hörmətlə anaraq gənc nəslə tanıtmaq hər birimizin vətəndaşlıq borcudur. Prezident İlham Əliyev daim bildirir ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq: “Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı-bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

Zahid Rza, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rusiya məsuliyyətdən qaçır: Hara qədər?..

Next

Bura məskənidir gözəlliklərin…

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv