Sürücülərin NƏZƏRİNƏ! – Yolların buz bağlama ehtimalı var
Fevralın 9-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.
ARANTV.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

