Cəmiyyət 

Afrika ölkələri ilə Azərbaycanın əlaqələrinin genişlənməsi hər zaman prioritetdir.

Müstəqil Azərbaycanın balanslaşdırılmış xarici siyasi kursunun məntiqi olaraq dünya ölkələri ilə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığa mühüm töhfələr verir. Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcəkdir. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı əlaqələrin genişlənməsinə zəmin yaradır. Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Hasan Şeyx Mahmud ilə mətbuata bəyanatında bildirdiyi kimi, “Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Azərbaycanla Somali arasında diplomatik əlaqələrin 21 illik tarixi var. Azərbaycan Somali ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına real dəstək göstərməyə çalışır. Ölkəmiz Afrikada müxtəlif infrastruktur layihələrinə sərmayə yatıraraq yerli iqtisadiyyatı stimullaşdırmaqda maraqlıdır. Bu strateji yanaşma Azərbaycanın Afrikada etibarlı və səmimi tərəfdaş kimi qəbul olunmasına şərait yaradır. Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan ilə Somali arasında siyasi məsləhətləşmələr barədə imzalanmış sazişə əsasən, əməkdaşlığın genişləndirilməsində bu cür mexanizmlərin tətbiqi çox vacibdir. Kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün əhəmiyyətli bir potensial mövcuddur. Bu sahələrdə qarşılıqlı əlaqələrin və təcrübə mübadiləsinin təşkili xüsusi əhəmiyyət daşıyır. İkitərəfli münasibətlərin prioritet istiqamətlərindən biri təhsil sahəsində əməkdaşlıqdır. İlkin mərhələdə Azərbaycanda təhsil alacaq somalili tələbələrin sayının artırılması nəzərdə tutulur. Azərbaycan və Somali arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Prezident İlham Əliyev bildirib ki, bir həftə öncə Azərbaycanın geniş nümayəndə heyəti Somaliyə səfər edib və iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi üçün ilkin təməl atılıb. İki ölkə arasında əlaqələrin inkişafında kənd təsərrüfatı, həmçinin müdafiə sahəsi də xüsusi rol oynayır. Bu sahələrdə də əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar mövcuddur. Dövlət başçısı İlham Əliyev Somali Prezidenti ilə mətbuata bəyanatında əminliklə qeyd etdi ki, müdafiə sahəsində əməkdaşlığımız mühüm istiqamətlərdən biridir. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Azərbaycan-Somali dövlətlərinin qarşılıqlı tərəfdaşlığının mühüm sahəsi kimi beynəlxalq təsisatlarda qarşılıqlı dəstək xüsusi rol oynayır.Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə bu iki region arasında əlaqələrin inkişafına töhfə verən əsas aktorlardan biridir. Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirir. Bugünkü əməkdaşlıq ölkələrimiz arasında möhkəm iqtisadi və diplomatik münasibətlərin əsasını qoyur. Somali ilə qurulan yeni əlaqələr isə hər iki xalqın rifahına xidmət edəcək və uzunmüddətli perspektivdə hər iki ölkənin dayanıqlı inkişafına töhfə verəcək. Azərbaycanın Somali ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq. Azərbaycanın dünyada tanınması ilə yanaşı bütün münasib ölkələrlə müxtəlif sahələrdə fərqli əlaqələrin qurulması dövlətimizin daha da qüdrətlənməsi deməkdir.

Türkan Şadlinskaya – Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi

Daha çox xəbərlər