Cəmiyyət 

Azərbaycanda uzunömürlü evliliklər üçün cütlüklərə pul mükafatı verilə bilərmi?

Rusiya Dövlət Dumasında uzunömürlü evliliklərin sayını artırmaq, boşanmaların sayını azaltmaq üçün evli cütlüklərə pul mükafatı vermək təklif olunub.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu addımlar gəncləri ailə qurmağa təşviq etmək üçün atılır. Hazırda Azərbaycanda bu sahədə heç bir problem yoxdur:

“Bu cür addımlar əhalinin sayı sürətlə azalan ölkələrdə atılır. Gəncləri ailə qurmağa təşviq etmək üçün edilir. Hazırda Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Proseslər normal məcrada gedir. Dövlət qurumları tərəfindən əhali artımı nəzarətdə saxlanılır. Gələcəkdə elə bir problem olsa, dövlət qurumları bu məsələyə baxacaqlar. Hazırda Azərbaycanda bu məsələ mürəkkəb deyil”.

Daha çox xəbərlər