Siyasət 

Sloveniya XİN başçısı: Ümid edirik ki, Qafqazda sabitliyin yeni çağının başlanğıcı qeyd olunacaq

Sloveniyanın baş nazir müavini və xarici işlər naziri Tanya Fayon Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb.

“Report” xəbər verir ki, bu barədə XİN başçısı sosial şəbəkədə paylaşım edib.

“Ermənistan və Azərbaycanın sülh sazişi [layihəsinin mətni] üzrə danışıqların yekunlaşması ilə bağlı bəyanatını ürəkdən alqışlayırıq. Ümid edirik ki, imza tezliklə atılacaq və beləliklə, Cənubi Qafqazda sülh və sabitliyin yeni çağının başlanğıcı qeyd olunacaq”, – ölkənin baş diplomatı bildirib.

Xatırladaq ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron, Estoniyanın, Latviyanın XİN başçıları Marqus Sahkna və Bayba Braje, habelə Avstriyanın xarici siyasət idarəsi Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlamışdılar.

Bundan başqa, ABŞ-nin respublikaçı konqresmeni Co Vilson tərəfləri prosesin başa çatması ilə əlaqədar Prezident Donald Trampın şüarı ilə dəstəkləmişdi.

Daha çox xəbərlər