Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Kimi aldadırsan ay…

By Vüsal Rafiqoğlu
27.02.2025 4 Min Read

Yalançı sülh iddiaları: Əslində nə baş verir?

Regionda davamlı sülhün təmin edilməsi üçün Ermənistanın real və səmimi addımlar atması vacibdir. Lakin rəsmi İrəvanın beynəlxalq platformalarda səsləndirdiyi bəyanatlar və atdığı praktiki addımlar arasında ciddi uyğunsuzluq müşahidə olunur. Xüsusilə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasının iclasındakı çıxışında səsləndirdiyi fikirlər əslində onun ölkəsinin real sülhə maraqlı olmadığını bir daha ortaya qoyur. Çünki Ermənistanın uzun illər ərzində apardığı siyasət və hazırkı addımları onun sülh prosesinə qeyri-səmimi yanaşdığını göstərir.

Mirzoyanın sözügedən tədbirdə Azərbaycana qarşı irəli sürdüyü ittihamlar, xüsusilə də guya ölkəmizin sülh müqavilənin imzalanmasında maraqlı olmaması ilə bağlı sayıqlamaları tamamilə əsassızdır. Azərbaycan artıq Qarabağda separatizmə son qoyub, ərazi bütövlüyünü bərpa edib və postmünaqişə dövründə bölgədə sülh və sabitlik üçün real addımlar atır. Lakin Ermənistan tərəfi hələ də beynəlxalq platformalarda yalan məlumatlar yaymaqla, keçmişdə törətdikləri müharibə cinayətlərinə haqq qazandırmaqla məşğuldur. Mirzoyanın 1991-ci il Almatı Bəyannaməsinə istinad etməsi də absurddur. Əgər Ermənistan həqiqətən də bu Bəyannaməyə sadiq olsaydı həmin dövrdə Azərbaycanın 20 faiz torpağını işğal etməzdi. O dövrdə Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymayaraq Azərbaycan ərazilərini işğal etdi, nəticədə yüz minlərlə insan öz doğma torpaqlarından didərgin düşdü. Mirzoyanın “Ermənistan regionda sülh və sabitliyə sadiqdir” iddiası isə tamamilə gülüncdür. Əgər Ermənistan doğrudan da sülh istəyirdisə, niyə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra belə revanşist siyasət yürüdür? Niyə Azərbaycan ərazilərində mina terrorunu davam etdirirdi, separatçıları dəstəkləyirdi? Ermənistanın sülh danışıqlarını sadəcə vaxt qazanmaq və beynəlxalq ictimaiyyətdə saxta imic formalaşdırmaq məqsədilə manipulyasiya etməsi bu gün heç kimə sirr deyil.

Mirzoyanın qeyd etdiyi “sülh müqaviləsi, nəqliyyat infrastrukturunun açılması, silahlanmaya qarşılıqlı nəzarət” kimi məsələlər də erməni tərəfinin manipulyasiyasının bir hissəsidir. Azərbaycan artıq regionda nəqliyyat əlaqələrinin açılması üçün konkret təkliflər irəli sürüb, lakin Ermənistan bu prosesdə süni maneələr yaradır. Silahlanmaya nəzarət məsələsinə gəldikdə isə Ermənistan uzun illər Azərbaycan torpaqlarında qeyri-qanuni hərbi birləşmələr saxlayırdı və 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində onların bu cəhdləri iflasa uğradı.

Bu gün Paşinyan hakimiyyətinin özünü “sülh göyərçini” kimi təqdim etməsi sadəcə bir siyasi oyundur. Əgər onlar doğrudan da sülh istəyirlərsə, gərək real addımlar atsınlar. Yəni, Azərbaycan əleyhinə təxribatları dayandırsınlar, sülh müqaviləsini uzatmadan imzalasınlar, Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə mane olmasınlar və regionda sabitliyə qarşı təxribatçı ritorikadan əl çəksinlər. Lakin bunun əvəzinə erməni tərəfi müxtəlif beynəlxalq platformalarda manipulyativ çıxışlar edərək məsuliyyətdən yayınmağa çalışır.

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması A.Mirzoyanın məlum çıxışı ilə bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, erməni nazir A.Mirzoyanın ölkəsinin 1992-ci il fevralın 25-26-da törətdiyi Xocalı soyqırımının ildönümündə həmin soyqırımını törətməkdə təqsirli bilinənlərin işi üzrə ədalət mühakiməsinə xələl gətirməyə çalışması soyqırımı qurbanlarının ruhuna hörmətsizlikdir. Qeyd olunub ki,  A.Mirzoyanın Azərbaycandan köçmüş ermənilərin məsələsini qaldırması və BMT-nin insan hüquqları mexanizmlərini bu məsələyə cəlb etməyə çalışması isə növbəti riyakarlıqdır. Ermənistanın insan hüquqları sahəsində üzərinə düşən əsas vəzifəsi ərazisindən zorla çıxardığı Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına imkan yaratmaqdır.

“Tez-tez 1991-ci il Almatı Bəyannaməsinə istinad edən Ermənistan hökumətinin diqqətinə çatdırmaq istərdik ki, Ermənistan həmin bəyannaməni imzaladıqdan sonra Azərbaycana qarşı hücumlarını daha da genişləndirərək ölkənin 20 faizini işğal edib və 800 minə yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Sülh hansısa sənədə istinad etməklə deyil, konkret addımlar atmaqla əldə olunur. Ermənistanın sürətlə silahlanması və maneəsiz tranzitə şərait yaratmaq öhdəliyini yerinə yetirməməsi sülhə xidmət etmir. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan hökuməti sülhün və insan hüquqlarına hörmətin bərqərar olunmasında maraqlı deyil”, – deyə bəyanatda vurğulanıb.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən qeyri-konstruktiv siyasətinə son verməyi, etnik təmizləməyə məruz qoyduğu azərbaycanlıların Ermənistana qayıdışına şərait yaratmağı və sülh üçün üzərinə düşən addımları atmağı tələb edib.

Ümumiyyətlə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışında Qərbi Azərbaycandan zorla qovulmuş yüzminlərlə azərbaycanlının hüquqları barədə heç bir fikrə yer verilməməsi bu ölkənin beynəlxalq hüquqa münasibətdə birtərəfli və manipulyativ yanaşmasını bir daha ortaya qoyur. Halbuki, azərbaycanlıların doğma yurdlarına qayıtmaq haqqı beynəlxalq hüququn fundamental prinsipləri ilə təsbit olunmuş mütləq hüquqlardan biridir. İnsan Hüquqları Ümumi Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və digər mühüm sənədlərdə bu hüquq açıq şəkildə öz əksini tapır.

Tarixi ədalətin bərpası təkcə qayıdışla yekunlaşmır, həmçinin mədəni irsin qorunmasını da əhatə etməlidir. Ermənistan ərazisində yüzlərlə azərbaycanlılara məxsus məscid, qəbiristanlıq, tarixi abidə və digər mədəni irs nümunələri məhv edilib və ya təhqir olunub. Halbuki, mədəni irsin qorunması təkcə beynəlxalq humanitar hüququn deyil, eyni zamanda, fundamental insan hüquqlarının bir hissəsidir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində mədəni hüquqların, yəni, insan yaradıcılığının müxtəlif formalarının qorunması və inkişaf etdirilməsi əsas prinsiplərdən biri kimi qəbul edilib. Ermənistan qayıdış prosesi baş verməzdən əvvəl, qayıdış zamanı və sonrakı dövrdə bu hüquqların təmin olunması üçün konkret addımlar atmalıdır. Bu istiqamətdə beynəlxalq təşkilatlar, xüsusilə UNESCO mədəni irsin bərpası və qorunması prosesinə yaxından nəzarət etməli, Ermənistanın bu sahədəki öhdəliklərini yerinə yetirməsinə dair müvafiq mexanizmlər tətbiq edilməlidir. Bütün bu məsələlər təkcə tarixi ədalətin bərpası deyil, həm də beynəlxalq hüququn aliliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ermənistanın manipulyativ yanaşmalarına baxmayaraq beynəlxalq ictimaiyyət azərbaycanlıların fundamental hüquqlarını tanımalı və bu istiqamətdə konkret addımlar atmalıdır. Qərbi azərbaycanlıların qayıdış hüququ mütləqdir və bu hüququn reallaşması üçün beynəlxalq qurumların real dəstəyi təmin edilməlidir.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Makrona arxalanan Ermənistan öz əli ilə özünə quyu qazır

Next

Dağlıq rayonlarda 19 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv