Cəmiyyət 

,,Əngəlsiz Musiqi” adlı konsert proqramı keçirilib – FOTO+VİDEO

Aran Media İnformasiya Qroupunun informasiya dəstəyilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı “Autizm Sindiromu fərqində» mövzusuna həsr “Əngəlsiz musiqi” adlı konsert proqramı həyata keçirilib.

Tədbirdə əvvəlcə, piano müəllimi, Atatürk Universiteti Sosioloji bölüm tələbəsi Lalə Cəfərova autizmli uşaqların həyatında musiqi təhsilinin olduqca böyük faydasından danışaraq, universal musiqi dilinin bütün cəmiyyəti birləşdirməsi haqqında ətraflı çıxış edib. Daha sonra Koral Erdeniz , Elias Ələkbərov , Zərifə Cəfərova , Can Hilton Cəlalə İsmayılzadə , Nilay Quluzadə , Fərhad Nuraylı,Ziya Hümmət , Əkbər Hüseynov , Fərhad Əliyev , Nazənin Məmmədli , Şahanə Əhmədsoy və Röya Namazova musiqisevərlər qarşısında çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər .Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Konsertin sonunda söz ,,Əngəlsiz Musiqi “layihəsinin həyata keçirilməsinə xüsusi dəstək verən

Aran Media İnformasiya Qrupunun direktoru ,,İlin müəllimi”Pedaqoq Şeyda Əzizovaya verilib.

Şeyda xanım Əzizova bildirib ki,ölkəmizdə Autizm Sindromlu uşaqlara dövlətimizin xüsusi qayğısı vardır .Məhz bu qayğının göstəricisi olaraq xüsusi qayğıya ehtiyacı olan gənclərimizin konsert proqramını həyata keçirməyi özümüzə borc bilirik .Natiq daha sonra Şeyda Əzizova qeyd edib ki ,belə tədbirlərin təşkil olunması istedadların önə çıxarılması ilə yanaşı, cəmiyyətin autizm sindromlu uşaqların ehtiyaclarına daha fərdi və spesifik yanaşmasını təmin etmək olduqca vacibl məsələdir.

Sonda Şeyda xanım Əzizova Aran Medianın kollektivi adından konsertin solistlərinə və konsertin təşkilatçısı Lalə Cəfərovaya üzərində Azərbaycanın xəritəsini əks etdirən mükafatlar,təltifnamələr ,təşəkkürnamələr təqdim edərək konsert proqramının ərsəyə gəlməsində əməyi keçən hər kəsə xüsusi təşəkkürünü bildirib.

 

Daha çox xəbərlər