Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ayrılığın sonu varmış…

By Vüsal Rafiqoğlu
05.03.2025 2 Min Read

Qartallar məskəni Həsənriz öz sakinlərinə qucaq açıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi də daimi sakinlərini qəbul edir.

Həsənriz kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə kəndə 25 ailə – 91 nəfər köçürülüb. Bu münasibətlə keçirilən yığıncaqda kənd sakinləri Azərbaycan dövlətinə öz razılıqlarını ifadə ediblər. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, igid qazilərimizə, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Xatırladaq ki, amansız vuruşmalarda Ağdərə rayonu dəfələrlə əldən-ələ keçib. Həsənriz kəndi də onun kimi yağılar tərəfindən zəbt edilib. O vaxtdan həsənrizlilər mühasirə vəziyyətindən çıxaraq Azərbaycanın müxtəlif rayonlarına səpələndilər. Ermənistanın işğalçı qoşunlarının böyük birləşmələri məhz Ağdərədə  toplanmışdı. Onların əsas məqsədi Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarını ələ keçirib Kür çayı sahillərinə çıxmaqla işğalı daha da genişləndirmək idi. Terror dəstələri yaxınlıqdakı kəndlərə hücum edir, əhalini kütləvi surətdə vəhşicəsinə qırır, evləri yandırır, infrastrukturu məhv edir, qəbiristanlıqları dağıdırdılar. Ağdabanda, Sırxavənddə, Güney Pəyədə, Umudluda, Narınclarda və başqa kəndlərdə insanlığa qarşı törədilən görünməmiş cinayətlər heç vaxt yaddan çıxmaz.  Ağdərədə yuva bağlamış işğalçılar Kəlbəcər rayonunu yarımmühasirə vəziyyətində Tərtərin, Ağdamın, Daşkəsənin, Goranboyun yaşayış məntəqələrini atəş altında saxlayırdılar. Ağdərədəki erməni quldur dəstələri Sərsəng su anbarını işğal altında saxlamaqla altı rayonun iqtisadiyyatına ağır zərbə vururdular. Nəticədə əkin sahələri, cavan bağlar, yaşıl otlaqlar susuzluqdan yanıb məhv olurdu. Bu isə məhsul qıtlığı, milyonların itirilməsi, əhalinin dolanışığının çətinləşməsi demək idi.

Nəhayət, o günlər arxada qaldı. 2020-ci ilin payızında Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək qaçmağa məcbur etdi. Düşmən ordusunun qovulmasından sonra 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatı nəticəsində separatçılar və muzdlu başkəsənlər Qarabağı tərk edib Ermənistana getdilər. Ondan sonra dövlətimiz bu yerlərdə tikinti, abadlıq, yenidənqurma və bərpa işlərinə start verdi. Çox keçmədən infrastrukturun yaradılmasına, yaşayış evlərinin inşasına başlanıldı. Artıq otuz üç illik ayrılıqdan sonra Həsənriz kəndinin sakinləri doğma yurda qayıdırlar. Əlbəttə, bu gün onların sevincinin həddi-hüdudu yoxdur. Ailələrdə sevinc göz yaşları ilə qarışıq bayram əhval-ruhiyyəsi də var.

Ağdərəyə qayıdış həm də xarici bədxahlarımızın 1990-cı illərdə yürütdükləri anti-Azərbaycan siyasətinə tutarlı cavabdır. Ədalətsiz və bədnam 907-ci düzəlişi yenidən dirildən baydenlər utansınlar. Artıq əhali  Ağdamın üç böyük kəndinə də qayıtmağa hazırlaşır. Bu qayıdışlar bir zaman bizi alçaldıcı sülhə təhrik edənlərə qulaqbatırıcı şapalaqdır. Bizə ədalət və demokratiya nağıllarını, ərazimizi gəlmə ermənilərə güzəştə getməyimizi təlqin etməyə çalışan insan qanı hərislərinin dişləri sındırıldı, maskaları götürüldü, əsl sifətləri ifşa edildi. İndi kənd və şəhərlərimizə kütləvi qayıdışlar həmin dairələrin gözlərinə ox kimi sancılır. Otuz ildən artıq müddətdə Azərbaycan xalqına müsibətlər yaşadanlar  bundan sonra etdiklərinin bədəlini ödəyəcəklər. Utanc və üz qarası sifətlərindən heç vaxt əskik olmasın…

Hündür qayalarının başında qartallar dövrə vuran Həsənriz kəndi isə azad və rahat həyatına qədəm qoymuşdur. Şükürlər olsun!

Vəli İlyasov, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xocalının Ballıca kəndində Od çərşənbəsi qeyd olunub

Next

Doğma yurda qayıdışın inanılmaz sevinci

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv