Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Zəfər parkı rəsmən dövlət protokolunda

By Vüsal Rafiqoğlu
05.03.2025 3 Min Read

Zəfər muzeyinin yaradılmasının böyük əhəmiyyəti olacaq

Xarici dövlət başçılarının və yüksək rütbəli rəsmilərin Bakıya rəsmi səfərləri zamanı xüsusi protokol qaydalarına uyğun olaraq bir sıra tarixi və strateji əhəmiyyətli məkanlar ziyarət edilir. Azərbaycan protokol praktikasına əsasən, Şəhidlər xiyabanı, Fəxri xiyaban, rəsmi iqamətgahlar və Heydər Əliyev Mərkəzi kimi məkanlar xarici liderlərin səfər proqramına daxil edilir. Son günlər Azərbaycana səfər edən iki rəsmi şəxs Zəfər Parkını ziyarət edib.

Ötən həftə Bakıda səfərdə olan Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif  Zəfər Parkını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Baş nazirin Zəfər parkını ziyarət etməsi və burada fəxri qarovul dəstəsinin düzülməsi maraqla qarşılanıb. Martın 3-də Azərbaycanda səfərdə olan Qazaxıstanın baş naziri Oljas Bektenov da Bakıda Zəfər parkını ziyarət edib, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstanın baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub. Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Zəfər parkı 8 noyabr 2024-cü ildə açılıb. Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Parka keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır. Qurulmaqda olan Zəfər muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Muzeydə Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini nümayiş etdirəcək.

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, möhtəşəm qələbə qazanan, bütün ərazimizdə dövlət suverenliyini bərpa edən bir ölkədə Zəfər parkı, Zəfər abidəsi, Zəfər muzeyinin qurulması təbiidir və vacibdir: “Azərbaycan Ordusu, xalqı, dövləti çox böyük zəfərə nail olub. Bu zəfərin hər bir anını, bizi bu zəfərə aparan tarixi yolu xüsusi muzeydə tarixiləşdirmək böyük əhəmiyyət daşıyacaq. Orduda gələcəkdə xidmət edəcək gənclərdə, yeniyetmələrdə vətənpərvərlik, özünə, dövlətinə, ordusuna inam formalaşdırmaq üçün Zəfər muzeyi müstəsna əhəmiyyətə malik olacaq. Şəhidlərimizin, qəhrəmanlarımızın, qazilərimizin barəsində həmin muzeydə yəqin ki, məlumatlar, guşələr yer alacaq. Oranı ziyarət edən insanlar, xüsusən gələcək nəsillər öz qəhrəmanlarını həm də bu vasitə ilə tanıyacaqlar. Ordu quruculuğunda ruh yüksəkliyinin lazımi səviyyədə saxlanması əsas məsələlərdən biridir. Dünya təcrübəsi və hərb tarixi göstərir ki, ən müasir hərbi texnikalara, ən müasir silahlara malik olan ordu əgər ruh yüksəkliyi yoxdursa, qələbə qazana bilmir. Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük müharibədə, 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatlarında ruh yüksəkliyinin pik həddə olması qələbəmizdə həlledici amillərdən biri oldu. Ruh yüksəkliyi, özünə inamı olan ordunu məğlub etmək mümkün deyil. Ona görə də biz cəmiyyətimizdə, ordumuzda, gənc nəsildə vətənpərvərlik əhval-ruhiyyəsi, ruh yüksəkliyinin daim yüksəkdə saxlanması üçün iş aparmalıyıq. Zəfər muzeyinin yaradılması eyni zamanda xaricdən Azərbaycana səfər edən insanların da Azərbaycanın qəhrəmanlıq tarixi barədə ətraflı informasiyalar əldə etməsində də ciddi rol oynaya bilər”.

Akif Nağı da namizəd oldu - Bu seçki dairəsində mübarizə aparacaq |  AzPolitika — onlayn siyasi-ictimai qəzet

 Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, respublika miqyaslı Zəfər muzeyinin yaradılması çox böyük əhəmiyyət daşıyır: “Azərbaycanda həm öz əhalimiz, həm xaricdən ölkəmizə gələn insanlar Zəfər tariximizi muzey vasitəsilə yaxından öyrənəcəklər. Belə bir muzeyin qurulması ilə həm də şəhidlərin xatirəsinə dəyər verilir, onlar tarixiləşdirilir. Gələcək nəsillər o muzeyə gedərkən, oradakıları izləyərkən, öyrənərkən bir örnək götürmüş olacaqlar. Vətənpərvərlik örnəyi götürəcəklər. Hesab edirəm ki, muzeydə qazilərimizlə bağlı da guşələr olmalıdır. Yəqin ki, olacaq. Eyni zamanda Birinci Qarabağ müharibəsi şəhidləri üçün də xüsusi guşələr olmalıdır. Biz tariximizdə qəhrəmanlıq  nümunəsi olan övladlarımızı bu şəkildə daim yaşatmalıyıq, onların adlarını gələcək nəsillərə həm də muzeylərdə onlar barəsində məlumatlar yerləşdirməklə çatdırmalıyıq. Zəfər muzeyi yeni nəsildə vətənpərvərlik əhval-ruhiyyəsi aşılayacaq. Sevindiricidir ki, Zəfər parkı artıq rəsmi protokola daxil edilib. Bunun çox böyük əhəmiyyəti var. Zəfər parkı və Zəfər muzeyinə şagirdlərin, tələbələrin aparılması gələcəkdə dərs prosesinin bir hissəsinə çevrilməlidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sumqayıtda qadın qadını BIÇAQLADI

Next

Türkiyə ilə İran arasında KRİZİS – Nə baş verir?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv