Prezident Türkiyədə SƏFƏRDƏDİR
Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib.
Musavat.com-un məlumatına görə, Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət başçısını Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər qarşıladılar.