Region Xəbərləri 

Bərdə rayon İcra Hakimiyyəti başçısının Güloğlular kəndində səyyar qəbul-görüşü keçirilib -VİDEO  

Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Güloğlular kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.

Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, kənd qəbirstanlığında yer olmadığı üçün yeni qəbirstanlıq yerinin ayrılması, 20 hektar pay torpaqlarının suvarılması məqsədilə 1 ədəd subartezian quyusunun qazılması, 10 kv-luq elektrik hava xəttinin yerinin dəyişdirilməsi, inzibati ərazi dairəsinin Cəyirli kəndində içməli su üçün 1 ədəd artezian quyusunun qazılması və tibb məntəqəsinin tikilməsi, kənddaxili 2 km yolların asfaltlanması, birdəfəlik maddi yardım edilməsi ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Daha çox xəbərlər