Kəşmirdə yenə atəş açıldı – Bir əsgər öldü
Kəşmir münaqişəsinə görə atom müharibəsinin astanasında olan Pakistanla Hindistan arasında vəziyyət daha da gərginləşib.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Pakistan ordusuna məxsus bir əsgər sərhədi keçən hind hərbçilər tərəfindən vurulub.
Rəsmi açıqlamaya əsasən, hücum dünən gecə saatlarında baş verib.
Qeyd edək ki, analoji hadisə cümə axşamı günü də baş verib. Beləliklə, Pakistan ordusunun hücum nəticəsində itirdiyi əsgər sayı 2 olub.

