Mingəçevirdə fəhlə yıxılıb öldü
Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında podratçı fəhlə Mehman Mustafayev bədbəxt hadisə nəticəsində düyasını dəyişib.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, o, ehtiyatsızlıq edərək yıxılıb və həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ötən ilin yayında enerji sistemində baş verən qəzadan sonra “Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulur.

