Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Gözəllik anlayışı necə dəyişdi?

By Vüsal Rafiqoğlu
13.03.2025 3 Min Read

Gözəllik bizi əhatə edən dünyada hər yerdə rast gəlinən, amma hər kəs üçün fərqli mənalar daşıyan bir anlayışdır. Bəziləri üçün gözəllik simmetriya və mükəmməl formalarla ölçülür, digərləri üçün isə bir baxışda duyulan istilik, səmimiyyət və daxili ahəngdir. Bəs görəsən, gözəllik anlayışı insan psixologiyasında necə formalaşır? Cəmiyyətin, medianın və sosial şərtlərin təsiri bu anlayışı necə dəyişir? 

“AzEstetik Group” şirkətinin təsisçisi Fariz Məmmədov “İki sahil TV”-yə müsahibəsində bu mövzuya aydınlıq gətirdi.

– Fariz müəllim, sizin düşüncənizdə gözəllik anlayışı nədən ibarətdir?

– Gözəllik təkcə zahiri görünüşdən ibarət olmayan, insanın daxili dünyası ilə harmoniya təşkil edən bir anlayışdır. Estetika sahəsində biz gözəlliyi bir neçə aspektdən qiymətləndiririk: Simmetriya, nisbət, rənglərin və formaların uyğunluğu, həmçinin insanın öz bədəninə və şəxsiyyətinə olan münasibəti. Ancaq gözəllik yalnız standartlarla ölçülən bir şey deyil. O, eyni zamanda, hisslərdən xarizmaya, özünəinamdan həyat tərzinə qədər uzanan bir spektrdir. Cəmiyyət və media bizə müəyyən gözəllik standartlarını təqdim etsə də biz insanlara bu çərçivələrdən kənara çıxmağı və öz unikal gözəlliklərini kəşf etməyi tövsiyə edirik. Çünki həqiqi gözəllik yalnız fiziki görünüşdə deyil, insanın özünü necə hiss etməsindən və ətrafına necə enerji ötürməsindən asılıdır. Estetik sahədə bizim əsas məqsədimiz insanlara yalnız xarici görünüşlərini dəyişdirmək deyil, həm də onların daxili dünyalarını daha rahat və balanslı hiss etmələrinə kömək etməkdir. Çünki insan özünü gözəl hiss etdikdə sosial münasibətləri güclənir və ən əsası, özünə olan sevgisi dərinləşir. Gözəllik sadəcə bir görünüş məsələsi deyil, o, insanın özünü dünyada necə təqdim etdiyinin və necə hiss etdiyinin əksidir.

– Estetik prosedurlar insanın özünə inamını artıran bir vasitədir deyirsiniz. Sizcə, hansı hallarda estetik müdaxilə həqiqi ehtiyacdan doğur və nə zaman bu, sosial təsirin nəticəsi kimi qiymətləndirilə bilər?

– Bəli, estetik prosedurlar insanların özlərininə inamını artırır. Əsas məsələ bu dəyişikliklərin insanın öz istəyi və psixoloji rahatlığı əsasında edilməsi, xarici təzyiqlərdən və sosial gözləntilərdən qaynaqlanmamasıdır. Bizim estetik sahədə əsas prinsipimiz təbii gözəlliyi qorumaq və vurğulamaqdır, yəni, insanın fərdi xüsusiyyətlərini itirmədən ona daha harmonik və tarazlı bir görünüş qazandırmaqdır. Biz həmişə pasiyentlərimizə məsləhət görürük ki, dəyişiklik qərarını emosional vəziyyətlərə əsasən deyil, yetkin və yaxşı düşünülmüş bir şəkildə versinlər. Çünki estetik müdaxilələr yalnız zahiri görünüşü deyil, daxili dünyanı da təsir altına ala bilər. Bizim üzərimizə düşən vəzifə onların fərdi xüsusiyyətlərinə uyğun həll yolları təqdim etməkdir. Gördüyünüz kimi, son illərdə sosial medianın təsiri ilə estetik prosedurlara maraq daha da artıb. Bəzi insanlar mükəmməl görünüş uğrunda ifrata vararaq təbii görünüşlərini  itirirlər. Biz isə hər zaman balansı qorumağın tərəfdarıyıq. Əsl gözəllik özünə uyğunluğu tapmaqdan və insanın özünü rahat, inamlı hiss etməsindən ibarətdir. Estetik prosedurlar buna xidmət edirsə, bu zaman onlar faydalıdır. Əsas odur ki, hər bir dəyişiklik insanın öz istəyi və ehtiyacı əsasında, sağlam məntiqlə və peşəkar yanaşma ilə həyata keçirilsin.

Düzgün olan budur ki, estetik prosedurlar ifrata varmamalıdır və insanın şəxsiyyətini, təbii ifadəsini dəyişdirəcək həddə gətirilməməlidir.

– Bəzi hallarda estetik prosedurlar gözlənilən nəticəni vermir və insanlar istəmədikləri bir görünüşlə qarşılaşırlar. Sizcə, bu cür halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

– Estetik prosedurların uğursuz nəticələnməsinin bir neçə səbəbi ola bilər: yanlış həkim seçimi, real olmayan gözləntilər, düzgün məsləhətləşmənin aparılmaması və ya prosedurun texniki səhvlərlə icra edilməsi. Bu cür halların qarşısını almaq üçün həm pasiyentlər, həm də mütəxəssislər üzərinə düşən məsuliyyəti dərk etməlidirlər. Pasiyentlər prosedura qərar verməzdən əvvəl öz istəklərini və gözləntilərini dəqiq müəyyən etməlidirlər. Sosial medianın təsiri altında, real olmayan gözəllik standartlarına uyğunlaşmaq arzusu bəzən insanları düşünülməmiş qərarlar verməyə vadar edir. Buna görə də hər kəs əvvəlcə özünə sual verməlidir: Mən bu dəyişikliyi həqiqətən özüm üçün istəyirəm, yoxsa cəmiyyətin gözləntilərinə cavab vermək üçün? Hesab edirəm ki, estetik prosedurlar insanın yaşam sevgisini artırmaq üçün bir vasitədir. Düzgün yanaşma olmadıqda gözlənilməz və arzuolunmaz nəticələrə səbəb ola bilər. Buna görə də hər bir qərar dərin düşüncə, peşəkar məsləhət və real gözləntilər üzərində qurulmalıdır.

– Fariz müəllim, keçmişdəki gözəllik idealı ilə indiki dövrün gözəllik standartları arasında hansı əsas fərqlər var? Sizcə, insanlar zamanla daha çox estetik prosedurlara müraciət etməyə başlayıblarsa, bu, cəmiyyətin gözəllik anlayışında nə kimi dəyişiklikləri göstərir?

– Zaman keçdikcə gözəllik anlayışında əhəmiyyətli dəyişikliklər baş verib. Keçmişdə insanlar təbii yaşlanma prosesinə və fərdi cizgilərə daha çox hörmət göstərirdilər. Ancaq son dövrlərdə, xüsusən sosial medianın təsiri ilə daha mükəmməl və simmetrik görünüşlərə olan maraq artıb. İndiki dövrün gözəllik anlayışı daha çox xarici görünüşə, simmetriya və mükəmməlliyə yönəlmiş bir yanaşmadır. Gözəllik idealı zamanla dəyişsə də əsl gözəllik hər zaman insanın özünü necə hiss etməsindən və özünə necə baxmasından irəli gəlir. Bu gün əsas məsələ ideal görünüş axtarışına kor-koranə qoşulmaq deyil, öz fərdiliyini itirmədən, balanslı və sağlam bir yanaşma ilə gözəlliyi vurğulamaqdır. Əsl gözəllik anlayışı keçmişdə olduğu kimi, bu gün də insanın özünə hörməti və öz bənzərsizliyini qəbul etməsindən qaynaqlanır.

Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz,  “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Diplomatik əlaqələr yeni mərhələdə

Next

Ünvanlı sosial yardımın təyinatında bürokratik əngəllər…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv