Cəmiyyət 

“Nə yaxşı ki, təqaüd alıram, yoxsa lap çətinlik çəkərdim” – İnsult keçirən xalq artisti

“Yeriyə bilmirəm, sol əlim işləmir. Danışanda yoruluram. Heç bir irəliləyiş yoxdur”.

Bunu Musavat.com-a açıqlamasında insult keçirən Xalq artisti Fatma Mahmudova deyib.

Evdə müalicəsini davam etdirən aktrisa bildirib ki, maddi xərcləri qarşılamaqda çətinlik çəkir:

”Tibb bacısı və fizioterapevt evə gəlir. 1500 manat təqaüd alıram, onu maaşımla birləşdirib dərmanların pulunu ödəyirəm. Nə yaxşı ki, təqaüd alıram, yoxsa lap çətinlik çəkərdim”.

Qeyd edək ki, Fatma Mahmudova yanvarın 29-da ikinci dəfə insult keçirmişdi.

Daha çox xəbərlər