Hadisə 

Polşa vətəndaşı Şəkidə qəzaya düşdü

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qoxmuq kəndi ərazisində, Şəki-Qax avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan “Moskviç” markalı maşın motosikletlə toqquşub.

Qəza zamanı motosikletin sürücüsü – Polşa vətəndaşı, 30 yaşlı Daniel Niçininski Mateov xəsarət alıb. Yaralı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Daha çox xəbərlər