Region Xəbərləri Təhsil 

Bərdədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın növbəti tədbiri keçirilib

Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı və A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbin dəstəyi ilə “Kəndlərdə yaşayan qadınların ictimai həyatda fəal iştirakının təmin edilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə komissiyanın sədri Səfurə Hümbətova, üzvləri Tamilla İbadova, Liza Cabbarova, həmçinin Şorəlli kənd məktəbinin direktoru Gülnarə Əliyeva, məktəbin psixoloqu Aynur Nağıyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Kəmalə Zeynalova və kənd qadınları iştirak ediblər.
İştirakçılara kəndin sosial-ictimai həyatında fəal iştirakın təmin edilməsi məqsədi ilə bacarıq və potensiallarını inkişaf etdirməkləri haqqında məsləhətlər verilib, iştirakçılara cəmiyyətdə fəal iştiraklarının onların məsuliyyətli vətəndaş kimi yetişməsində rolunun önəmli olmasından danışılıb, daha aktiv olmalarına dair tövsiyələr verilib.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və video-çarx nümayiş edilib.

Daha çox xəbərlər