Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Putin ya hakimiyyətə nəzarəti itirib, ya da…

By Vüsal Rafiqoğlu
09.05.2025 3 Min Read

Baş verənlər onu göstərir ki, Rusiya hakimiyyəti Bakı ilə münasibətdə səmimi deyil – rəylər

Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanan deputat Azər Badamovun deportasiya edilməsindən sonra diqqətlər yenidən Moskva-Bakı gərginliyinə yönəlib.

Postsovet məkanında Azərbaycanın müstəqil siyasət yeridən nadir ölkələrdən biri olması bir çox qüvvələrin xoşuna gəlmir. Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ilə müşahidə olunan bir süjetdə rusların Azərbaycanda rahat yaşaması, həm dini, həm mədəni ənənələri üçün bütün şəraitin yaradıldığı, rus dilinin inkişafı və rus icmalarının sərbəst fəaliyyəti qeyd olunur. Bildirilib ki, Azərbaycanın dünyada artan rolu bəzi dairələrin narahatlığına səbəb olub.

Baş verənlər onu göstərir ki, ya Putin hakimiyyətə nəzarəti itirib, ya da Azərbaycanla səmimi deyil. Şübhəsiz ki, dövlət içərisində dövlət, müəyyən güc strukturları, xüsusilə də həmin dairələrlə bağlı olan kiberhücumların təşkilatçıları, müəyyən qurumlar, siyasi mərkəzlər var ki, onlar münasibətlərə xələl gətirən addımlar atırlar. Söhbət təkcə Rusiya daxilindəki qüvvələrdən getmir, xaricdə də belə qüvvələr mövcuddur. Fransanın xüsusi xidmət orqanları bu proseslərdə sözünü deyə bilir. Nəzərə almalıyıq ki, Fransa və Rusiya xüsusi xidmət orqanları arasında müəyyən əməkdaşlıq da mövcuddur. Digər dövlətlər də bu prosesdə iştirak edə bilər. Amma Azərbaycan tək deyil.

Ötən həftə Moskva və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana iki dövlət arasında münasibətləri yumşaltmaq missiyası ilə gəlmişdi. Bundan əvvəl isə Putin İlham Əliyevə İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi münasibətilə təbrik məktubu göndərmişdi. Belə bir dönəmdə Rusiya Azərbaycan deputatı Azər Badamovu hava limanından deport edir. Deməli, ya Kreml hakimiyyətində Putinə tabe olmayan qüvvələr var, prezident onlarla bacarmır, onlar da münasibətləri bu cür gərginləşdirirlər, ya da mümkündür ki, Putin özü ikibaşlı oynayır – Azərbaycanla dost olmaq istəyi göstərir, həm də Azərbaycanla münasibətləri korlayan addımlar atır. Onu da deyək ki, bu məsələdə Rusiyanın ədliyyə sisteminə yerləşmiş ermənipərəst şəxslərin rolu da az olmayıb.

Bunlardan hansı realdır: Putin hakimiyyətə nəzarəti itirməyə başlayıb, yoxsa bunların hamısını özü təşkil edərək, Azərbaycana qarşı qeyri-səmimi siyasət aparır?

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov

Siyasi şərhçi Xəyal Bəşirov “Yeni Müsavat”a  qeyd etdi ki, bu suallara Rusiya rəsmiləri aydın cavab verə bilər: “Amma biz Moskvadan açıqlamaların mənasını oxuya bilirik. Biz görə bilirik ki, Azərbaycanla qonşuluq əlaqələrini qoruyub saxlamaq istiqamətində bəyanatlar verilir. Amma digər tərəfdən fərqli münasibət göstərilir. Yəni ortalıqda razılaşmalar var, Moskva bəyannaməsi imzalanıb, amma Rusiyanın hərəkətləri uyğun deyil. Bir yandan isti mesajlar verilir, Patriarx Kirill Kreml liderinin sözlərini çatdırır, Putin təbrik məktubu yazır, o tərəfdən vurulan təyyarənin istintaqı gecikir, deputat deportasiya edilir. Bunun özü ikibaşlı siyasətdir”.

X.Bəşirov vurğuladı ki, Rusiya Azərbaycanla əlaqələrin yaxşı olmasında maraqlıdırsa, bunu addımlarında görməliyik: “Rusiya liderinin iradəsindən kənarda addım atıla bilməz. Prezident Putinin bir tapşırığı ilə təyyarənin istintaqı yekunlaşa bilər. Burada təkcə Azərbaycan dövlətinin deyil, xalqının da tələbləri var. Eyni zamanda deputatımızla bağlı fərqli rəftar etmək olardı. Ən azı bunu publik şəkildə etməmək mümkün idi. Bütün bu hərəkətlər də müttəfiqliyin ruhuna uyğun deyil. Rusiya ilə yüzlərlə sənəd imzalanıb, amma Moskva bu razılaşmalara zidd bir siyasət yürüdür”.

Oqtay Qasımov: “İki ölkə arasında münasibətlərin intensivləşməsi mühümdür”

Oqtay Qasımov 

Siyasi ekspert Oqtay Qasımov da belə söylədi ki, Rusiya kimi avtoritar rejim olan dövlətlərdə mərkəzin razılığı olmadan hər hansı özfəaliyyət mümkün görünmür. Onun sözlərinə görə, doğrudur, Rusiyada ermənipərəst dairələr var, amma onlar siyasi rəhbərliyin iradəsindən kənar anti-Azərbaycan addımlar ata bilməzlər: “Sadəcə, Rusiyanın dövlət siyasətində və siyasi fəlsəfəsində bu problemi axtarmalıyıq. Daha əvvəl də proqnozlaşdırmışdıq ki, Rusiya Ukraynada istəklərinin bir hissəsini təmin etdikdən sonra digər postsovet  ölkələrinə təzyiqləri artıracaq və ilk sırada Azərbaycan olacaq. Çünki Rusiya isteblişmenti Azərbaycanın müstəqil və balanslı xarici siyasətini qəbul edə bilmir”.

O.Qasımov əlavə etdi ki, Azərbaycan yeni reallıqlar yaradıb və Rusiya bununla razılaşmır: “Biz Rusiya rəsmilərinin bəyanatlarında bu narazılığı görə bilərik. Onlar dəfələrlə Paşinyana sitəm ediblər ki, Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması Rusiyanın istəklərini ifadə etmir. Həmçinin bu soyuqlaşma Rusiyanın günahı ucbatından olub. Təyyarəmizin vurulması, kiberhücum və deputatın deportasiya edilməsi qəbulolunmaz davranışlardır. Azərbaycan bərabərhüquqlu yanaşma tələb edir, Rusiya isə belə mövqe tutmur. Çünki Rusiya və rus cəmiyyəti keçmiş sovet ölkələrinə Rusiya imperiyasının ərazisi kimi baxır”.

Onun fikrincə, xüsusən də Azərbaycan kimi özünü doğrultmuş, güclənmiş, dünyada etibarlı status qazanmış dövlətin olması Rusiyanın maraqlarına xidmət etmir: “Rusiya hesab edir ki, Cənubi Qafqazda gərginlik qalmalı, Kreml özünün moderatorluq rolunu davam etdirməlidir. Azərbaycanın siyasəti isə Rusiya üçün bu mənada əngəl sayılır deyə bizə təzyiq göstərilir. Amma sadaladıqlarımız görünən səbəblərdir, onunla yanaşı bilmədiyimiz nüanslar da münasibətlərin korlanmasına təkan verib”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Parisdən Bakıya növbəti sayğısızlıq

Next

Turizm Agentliyində daha bir qalmaqal

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv