Xəzərdə zəlzələ oldu
Xəzər dənizində maqnitudası 3,4 olan zəlzələ baş verib..
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən, yerli vaxtla saat 10:50-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

