Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ermənistanda panika: azərbaycanlılar qayıdır, qoşunlar çəkilir

By Vüsal Rafiqoğlu
22.05.2025 3 Min Read

Basarkeçərin qubernatoru birgəyaşayışın anonsunu verdi; ermənilər düşmənçilik səhifəsini çevirməyə hazırdırmı…

Ermənistanın Qeqarkunik əyalətinin (Basarkeçər) qubernatoru Karen Sarkisyan maraqlı açıqlama verib. Tribunainfo.az xəbər verir ki, o, azərbaycanlılarla birlikdə yaşamağa hazır olduqlarını bildirib. Sarkisyan deyib ki, yaxın günlərdə sərhədlərin demarkasiyası prosesi baş verəcək. O düşünür ki, bu razılaşmadan sonra ərazidəki Azərbaycan qoşunu geri çəkiləcək.

Qubernator onu da bildirib ki, sərhədlərin demarkasiyasından sonra azərbaycanlılar geri qayıdacaq. “Biz onlarla birlikdə dinc həyat yaşamağa qarşı deyilik. Şübhəsiz ki, azərbaycanlılar gələrsə, onlarla birgə yaşamağa hazırıq”.

Bir müddət əvvəl spiker Alen Simonyan demişdi ki, vaxt gələcək, azərbaycanlılarla ermənilər ticarətlə məşğul olacaq, gediş-gəliş olacaq. Sitat: “Vaxt gələcək, ermənilər Azərbaycana, azərbaycanlılar isə Ermənistana yaşamağa gedəcəklər, bir-biri ilə alver edəcəklər. Biz buna gedirik. Sülh elə budur”.

Basarkeçər qubernatorunun sözlərini anons kimi qəbul etmək olarmı? Yaxın günlərdə sərhədlərin demarkasiyası prosesi başlayarsa, sonrakı mərhələdə gediş-gəliş mümkündürmü? Doğrudanmı ermənilər özlərinin səbəb olduğu düşmənçilik səhifəsini çevirməyə hazırdır? Bu da faktdır ki, erməni cəmiyyətində türkofobiya hələ də güclü olaraq qalır…

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

 Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, birgəyaşayış hələlik real görünmür. Onun sözlərinə görə, azərbaycanlılarla ermənilərin birgə yaşadığı başqa coğrafiyalar, şəhərlər var: “Biz Gürcüstanın bəzi kəndlərini qeyd edə bilərik, həmçinin Rusiyada, Avropada və bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər bir ərazidə yaşayırlar. Amma münasibətlər, təmaslar olduqca məsafəlidir. Burada siyasi səbəblərdən daha çox mənəvi, psixoloji, toplumların qarşılıqlı nifrəti problemləri mövcuddur. Gəlin razılaşaq ki, ermənilər azərbaycanlılara, bütövlükdə türk etnosuna nifrət edir, düşmən kimi baxır. Əgər onların gücü çatsaydı, yenə əsrlər boyu başımıza gətirdikləri müsibətləri yaşadar, qətliamlar törədərdi. Bu baxımdan Ermənistanda türkofobiya qalır. Son dövrlər nifrət daha da körüklənir”.

Siyasi təhlilçinin fikrincə, 44 günlük müharibədən sonra Ermənistanda revanşistlər təbliğatı gücləndirib: “Onlar qisasdan danışırlar, “artsax” deyirlər, Qarabağa nə zamansa qayıtmaqdan dəm vururlar. Belə bir toplumla birgə yaşamaq olduqca çətindir. Üstəlik, yaralar sağalmayıb. Hər iki tərəfin müharibədə həlak olanları var. İndi biz azərbaycanlı və erməni analarına birgə yaşamağı təklif etsək, təbii ki, etirazla qarşılanacaq. Ona görə də siyasi amillərdən daha dərin məsələlər var. Çünki Azərbaycanla Ermənistan sülh sənədi imzalaya bilər, amma xalqların barışması bir kağızla, sənədlə olmur. Bunun üçün illər lazımdır. Yəni yaralar qaysaq bağlamalıdır, bölgədə dayanıqlı sülh, təhlükəszilik təmin edilməlidir, hər iki tərəfin ziyalıları görüşməlidirlər, təmaslar artmalıdır, gediş-gəliş olmalıdır, etimad mühiti formalaşmalıdır. Bu da çox mürəkkəb mövzulardır. O baxımdan erməni qubernatorun verdiyi anonsu hələlik daxili auditoriyaya hesablanmış sözlər kimi qəbul etmək lazımdır. Ancaq sərhədlərin dəqiqləşməsi istiqamətində addımların atılması mümkündür. Əgər Basarkeçərin nümayəndəsi bu açıqlamanı veribsə, görünür, hansısa məlumatlara malikdir. Əlbəttə, Azərbaycan da sərhədlərin delimitasiyasının sürətlənməsində maraqlıdır”.

Zəngəzura qayıdış, dəhliz və anklavlar: İrəvandan nə tələb edilib? »  Ovqat.com

Ekspert hesab edir ki, azərbaycanlıların Qərbi Zəngəzura qayıdışı əsas hədəflərdən biridir: “Erməni cəmiyyətində bununla bağlı təbliğat aparılmalı, ictimai rəy hazırlanmalıdır. Bu da Paşinyan hakimiyyətinin üzərinə düşən missiyadır. Artıq Qərbi Zəngəzurda bu söhbətlər çox danışılır. Erməni camaatına deyirlər ki, azərbaycanlılar qayıdacaqlar. Bu da ciddi təşvişə səbəb olur. Ermənilər fikirləşirlər ki, Şərqi Zəngəzurdan sonra Qərbi Zəngəzur da Azərbaycanın nəzarətinə keçəcək. Bu da bizim haqqımızdır. Rəsmi şəxslər deməyə bilər, lakin biz dədə-baba torpaqlarımıza, ermənilərə peşkəş edilmiş tarixi ərazilərimizə iddialarımızı dilə gətirməliyik. Xalqımız 44 günlük Vətən müharibəsində tarixi qələbəyə imza atdı. Bu zəfərdən sonra əsas hədəf Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşmasıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Qərbi Zəngəzura qayıdış mövzusunda bu fikirləri səsləndirib: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi 1905, 1918-ci illərdə Azərbaycan əhalisini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir”.

Erməni diplomat Edqar Qazaryan isə deyib ki, müstəqillik bəyannaməsinin konstitusiyadan çıxarılması hazırkı Ermənistan dövlətinin ləğv edilməsi, bu ərazidə yeni dövlətin formalaşması deməkdir: “Ermənistan hakimiyyəti bu addımları ilə Azərbaycanın Zəngəzur, Dərələyəz, Vedi və Bakının Qərbi Azərbaycan adlandırdığı ərazilərə girişinə hüquqi zəmin hazırlayır”. Qazaryan iddia edir ki, hazırda Göyçədə müəyyən ərazilərin Azərbaycana təhvil verilməsinə hazırlıq gedir: “Göyçədə mina təmizləmə işləri həyata keçirilir. Ermənistan ordusuna tapşırıq verilib ki, ərazilər Azərbaycana təhvil verilməsi üçün minalardan təmizlənməlidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Günün qoroskopu: Yüngül axınlı qazanc mümkündü

Next

Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv