Kriminal 

Azərbaycanlı bıçaqla insanlara hücum etdi – FOTO

Dünən 22:20 radələrində Ukraynanın Odessa vilayətinin İlfa, Petrova və Arxitektorsk küçələrində sərxoş kişinin bıçaqla ətrafdakılara hücum etməsi ilə bağlı informasiya yayılıb.

ARANTV.AZ oxu.az-a  istinadən xəbər verir ki, bununla bağlı polisdəki mənbə məlumat verib.

Hadisə yerinə gələn polis xuliqanlıq edən şəxsi yaxalayıb.

Məlum olub ki, saxlanılan şəxs 25 yaşlı Azərbaycan vətəndaşıdır və o, 2016-cı ildən bəri Ukrayna ərazisində qeyri-qanuni şəkildə yaşayır.

Həmin şəxsə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

Daha çox xəbərlər