Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Müharibədə vasitəçi olmaq istəyənlər – birinin haqqı, o birinin rıçağı yoxdur

By Vüsal Rafiqoğlu
17.06.2025 3 Min Read

Lətifəyə oxşayır, amma gerçək xəbərdir və başlığı da bu cürdür: “Rusiya İsraillə İran arasında münaqişədə vasitəçilik etməyə hazırdır – Kreml”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Jurnalistlər ona Vladimir Putinin münaqişə tərəfləri ilə mümkün təmasları barədə sual veriblər, o da belə cavab verib.

Burada ironik məqam ondan ibarətdir ki, bir müddət əvvəl başqa dövlətlər Rusiyanın öz müharibəsinin vasitəçisi olmaq istəyirdilər və Kreml belə təşəbbüslərə, ən yumşaq halda məhəl qoymurdu.

İndi öz münaqişəsini 3 il 4 aydır həll edə bilməyən dövlət iki Yaxın Şərq ölkəsinin arasında “ağsaqqallıq” etmək istəyir.

Peskov deyib ki, Moskva bundan əvvəl də vasitəçilik təklif edib və bu təkliflər qüvvədə qalır.

Bəs bu, necə vasitəçilik olacaq ki, Moskva tərəflərin birinə, İranla yaxınlıq edir, digərini isə üç böyük düşmənindən biri sayır.

Vasitəçiliyin qızıl şərtlərindən biri odur ki, arada sülh yaratmaq istəyən dövlət qarşı duran tərəflərə eyni gözlə baxsın, tərəf tutmasın, neytral olsun.

Rusiya bu mövqedə deyil. Ümumiyyətlə, dünyada elə bir münaqişə yoxdur ki, Rusiya ona münasibətdə tərəflərin hansınasa qahmar çıxmasın.

Böyük münaqişələrdə hər zaman öz mənafeyini güdən dövlətlər heç vaxt neytral olmurlar, mütləq bir tərəfin üstün olmasını, daha çox şey əldə etməsini istəyirlər.

Putinin son bir neçə gündə İsrailin baş naziri Benyamin Netanyahu, İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Trampla telefon danışığı aparmasının İsrail-İran müharibəsinin səngiməsinə elə bir təsiri yoxdur və olmayacaq.

Hazırlığı illərlə (hətta on illərlə) sürən bu müharibənin bir neçə günün içində dayandırılması mümkün deyil. Bu, o zaman ola bilər ki, tərəflərdən biri digərini çökdürsün, kapitulyasiyaya, təslimçi sülhə vadar etsin.
Düzdür, Hindistan-Pakistan savaşı qüdrətli dövlətlərin təzyiqi, tövsiyəsi ilə çox da qızışmadan dayandırıldı, amma məsələ bundaydı ki, o savaş qəfildən başlanmışdı, tərəflərin düşmənçilikləri “soyuq müharibə” səciyyəliydi və qanlı müharibəni davam etdirməkdə israrlı deyildilər.

Üstəlik, həm Hindistan, həm də Pakistan rəhbərləri “böyük sözü dinləyən” adam çıxdılar, ABŞ prezidenti Donald Trampın və BMT-nin baş katibi Antonio Quterrişin sözünü eşitdilər, aviasiya-raket savaşını bitirdilər.

İranla İsrailin müharibəsi isə “ölüm-qalım” məsələsidir. İranın 6 ərzində 10 nüvə bombasına yetəcək qədər zənginləşdirilmiş uran əldə edə biləcəyi ehtimalı bu müharibənin əsas səbəbidir və dünya yığılsa da, İsrail həmin “ehtiyat”ı məhv etməyincə sakitləşməyəcək.

Necə deyərlər, Netanyahu başladığı hərbi kampaniyanı indi saxlasa, bu, “yarımçıq qalmış iş” sayılacaq.
Ancaq beynəlxalq vasitəçilər İrandan nüvə silahı yaratmayacağına və ölkənin atom sənayesinə nəzarətə mane olmayacağına dair ciddi təminat alsalar, o zaman araya girə, İsrailiin qolunu tuta bilərlər.

Putinlə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İran və İsrail arasında gedən müharibədə sülh təşəbbüsü ilə çıxış edib, münaqişənin dayandırılması və nüvə danışıqlarının bərpası üçün vasitəçi rolu oynamağa hazır olduğunu bəyan edib.

Ancaq Türkiyənin də vasitəçiliyi eyni səbəbdən effektiv ola bilməz. İsrail 2010-cu ildən etibarən Türkiyə hakimiyyətinə etimad bəsləmir. Ona qədər müttəfiq olan bu iki ölkənin arasındakı “van minut” intriqasının ömrü artıq 15 ili adlayıb.

2010-cu ildən əvvəlki vaxt olsaydı, Türkiyə dünyadakı bütün dövlətlərdən daha artıq ötkəmliklə araya girər, həm müsəlman qonşusuyla, həm də müttəfiqiylə dil tapa, optimal çıxış yolu əldə edə bilərdi. İndi isə Ankaranın Təl-Əvivlə münasibələri dostcasına deyil.

Həm də “nüvə danışıqlarının bərpası”, “diplomatik masaya dönüş” ifadəsi sürüşkəndir. İsrail üçün bu müzakirə artıq bitib, ox yaydan çıxıb. “Nüvə danışıqlarının bərpası” isə yenidən İranın bazarlıq və manevrlər etmək şansı qazanması deməkdir.

Bu gedişlə 1-2 ay danışıqlar aparandan sonra Tehran, həmişə olduğu kimi, “nüvə proqramından heç vəchlə imtina etməyəcəyi”ni desə, necə olacaq? Onda da raket müharibəsinin bərpası gündəmə gələcək.
Ona görə də bu cür münaqişələrdə vasitəçilik etmək istəyənlərin əlində tərəflərə təsir göstərmək, onları qarşılıqlı güzəştlərə vadar etmək, yeri gəlsə, hər ikisinə təminat vermək üçün ciddi rıçaqlar olmalıdır. Rusiyanın araya girmək üçün haqqı, Türkiyənin isə rıçağı yoxdur.

Ümid edək ki, İsrail-İraq savaşı 44 günə qalmaz, bitər, region əhli rahat nəfəs alar.

P.S. Biz beynəlxalq vasitəçiliyin effektsizliyini 28 il boyunca Qarabağ münaqişəsində ATƏT-in Minsk qrupunun timsalında görmüşük. Həmsədrlərin niyyəti münaqişəni ədalətli həll etmək deyildi, ona birtəhər son qoymaq, erməni dövlətini regionda gücləndirmək idi.

Xalid KAZIMLI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu gün Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

Next

Tehran Pörl Harbor olacaq? – müharibənin ən qanlı mərhələsi başlayır

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv