Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…

By Vüsal Rafiqoğlu
01.07.2025 5 Min Read

Tarixi kontekst: Qafqazı ruslaşdırmaq siyasəti

XIX əsrdə Rusiya imperiyası “Qafqaz problemi” adlandırdığı məsələni birdəfəlik həll etmək qərarına gəldi. Bu qərarın əsasını imperiyanın cənub sərhədlərini sabitləşdirmək, Osmanlı və İranın Qafqazda təsirini sıfırlamaq və regionu etnik və mədəni baxımdan ruslaşdırmaq siyasəti təşkil edirdi. Bu siyasətin mərkəzində Şimali Qafqazda yaşayan çərkəzlər, abxazlar, çeçenlər və digər yerli müsəlman xalqlar dayanırdı. Onlar həm dini, həm mədəni, həm də hərbi baxımdan Rusiya üçün “təhlükə” hesab olunurdu.

Əsrlər boyu müstəqil tayfa ittifaqları şəklində yaşayan çərkəzlər, rusların yayılmasına qarşı amansız müqavimət göstərirdilər. 1763-cü ildə başlayan Rusiya–Çərkəz müharibəsi 1864-cü ilə qədər – yəni düz 101 il davam etdi.

Qətllər, yandırmalar və qanlı mühasirə taktikası…

Əyyaş atanın İmam oğlu Şeyx Şamil - ARAŞDIRMA - FOTO
1859-cu ildə Şeyx Şamilin əsir alınmasından sonra çeçen və dağlıların müqaviməti zəifləsə də, çərkəzlər son ana qədər döyüşdü. Çar II Aleksandr və onun hərbi naziri General Dmitri Milyutin Qafqazda silahlı müqaviməti əbədi sona çatdırmaq və regionu etnik cəhətdən təmizləmək üçün sistematik soyqırım planı hazırladılar. Milyutin yazırdı:

“Çərkəzləri ram etməyin yeganə yolu onları tamamilə məhv etməkdir.”

Bu zaman Rusiya ordusunun baş komandanı Qraf Nikolay Yevdokimov idi. Onun birbaşa göstərişi ilə çərkəz kəndləri yandırılır, əhalisi ya dərhal qılıncdan keçirilir, ya da dənizkənarı limanlara sürülərək gəmilərlə Osmanlı torpaqlarına deportasiya edilirdi. Bu yerdəyişmənin məqsədi insanları xilas etmək deyildi – məqsəd onları ölümə məhkum etmək idi.
Rus zabitlərinin yazışmalarında görünür ki, qadın və uşaqların diri-diri yandırılması, hamilə qadınların qarınlarının deşilməsi, cəsədlərin yırtıcılara yem verilməsi və dərilərin soyulması halları adi sayılırdı. Hətta General Qriqori Zass, dövrün ən qəddar sərkərdələrindən biri, çərkəz başlarının kəsilərək sirkə dolu çəlləklərdə saxlanmasını əsgərlərinə əmr edirdi. Bu başlar “mükafat” sayılırdı və imperatorluğa təqdim edilirdi. Hər döyüşdən sonra  sonra Zass tez-tez bir neçə kəndi yandırır, mal-qara və atları ələ keçirirdi. O, düşmənin mənəviyyatına çox diqqət yetirirdi. O, öz məruzələrində tez-tez kəndlərin dağıdılması ilə öyünür, dinc əhalinin qətliamını poetik tərzdə tərənnüm edirdi. Onun hesabatlarında adətən “kənd yerlə-yeksan edildi”, “kəndlə birlikdə müqavimət göstərənləri od və qılınc birləşdirdi”, “kənd əhalisi tamamilə məhv edildi” kimi ifadələrə rast gəlinir. Zass kəsilmiş çərkəz bədən hissələrini Berlindəki anatomiya professoru olan dostlarına göndərdi.

O, həmçinin çadırının kənarındakı təpədə çərkəz başlarını nizələrə sancmışdı. Çərkəz mədəniyyətində belə bir inanc var idi ki, insan başı ilə birlikdə basdırılmalıdır, yoxsa cəhənnəmə gedəcək, ona görə də Zass çərkəz başlarını toplamaqdan və heç vaxt geri qaytarmaqdan və baha qiymətə satmaqdan xüsusi zövq alırdı. Müharibədən sonra ruslar çərkəzlərin başlarını kəsib Zassa çatdırırdılar.

Rusiya işğalçı dövlət kimi tanındı » Reyting.az

İşğal olunan  torpaqların zorla ruslaşdırılması…

25 iyun 1861-ci ildə çar II Aleksandr “Şimali Qafqazın məskunlaşması” adlı imperiya fərmanı imzaladı:

“İndi Allahın köməkliyi ilə Qafqazın tam fəthi məsələsi yaxındır. Düşmən dağlıları  zəbt etdikləri münbit torpaqlardan tamamilə qovmaq və rus xristian əhalisini əbədi olaraq məskunlaşdırmaq üçün cəmi bir neçə illik davamlı səylər lazımdır. Bu aksiyanı həyata keçirmək şərəfi əsasən Kuban silahlı qüvvələrinin kazaklarına məxsusdur.”

1860–1864-cü illər arasında Çar Rusiyası çərkəzləri silah gücü ilə Qara dəniz sahillərinə sürgün etdi. Qısa müddətdə bu sahillərə gələn çərkəzlərin sayı yüz minlərlə nəfəri keçdi. Kütləvi olaraq evlərindən köçürülən bu insanlar başlarına gələcəyini bilmədikləri bir səfərə çıxmışdılar.

Əvvəlcə, 1863-cü il mayın 17-də çar II Aleksandr mühacirətə getməyi “seçmiş”lərin keçid haqqını özləri ödəməsi barədə fərman verdi. Zorakı  “Səyahət haqqını” ödəmək üçün çərkəzlər bəzən mal-qaralarını, əşyalarını və hətta özlərini köləliyə satmağa məcbur olurdular.

Qara dəniz sahilinə gətirilən yüz minlərlə insanın nə sığınacağı, nə də yeməyə yeməyi var idi. Uşaqlar xaosda analarını itirir, körpələr və qocalar aclıqdan taqətdən düşür, zəiflər isə olduqları yerdə ölürdülər. Qalan insanlar sağ qalmaq üçün mübarizələrini davam etdirdilər. Onların yeganə bildiyi o idi ki, növbə özlərinə çatanda gəmiyə mindiriləcək və tanımadıqları, görmədikləri bir ölkədə qalacaqlar.

Qara dəniz sahillərində qaranlıq gözləmə aylarla davam etdi. Bu müddətdə aclıq, yoxsulluq, epidemiyalar və şaxtalı soyuqdan ölənlərin sayı hər gün artdı. Bu acı atmosferin ən acınacaqlı tərəfi isə ölənlərin xilas olması, qalanların isə ölülərə həsəd aparması idi.

Çərkəzlər adətən icarəyə götürülməmiş gəmilərdən istifadə edərək oranı tərk etməyə məcbur edilirdilər və beləliklə, belə gəmilərin kapitanları tərəfindən sui-istifadəyə məruz qalırdılar. Bəzi hallarda 1800-ə qədər çərkəz mal-qara və ev əşyaları ilə birlikdə bir gəmiyə sıxışdırıldı. Bir çox hallarda belə gəmilər batırdı. Gəmilər batmasaydı belə, sıxlıq şəraiti onları xəstəliyin yayılmasına və susuzluğa qarşı həssas edirdi və təyinat yerinə çatdıqda onların içərisində yalnız sərnişinlərinin cəsədləri olurdu. Belə gəmiləri müşahidəçilər “üzən qəbiristanlıqlar” adlandırırdılar.

Bir dəfə , Kiprə gedən gəmi parçalanmış və başı kəsilmiş cəsədlərlə tapılmışdı ki, bu da qaçqınların hələ sağ ikən bağlanaraq dənizə atılması ilə bağlı şayiələri təsdiqləyir. Bu gəmidəki sərnişinlərin yalnız üçdə biri sağ qalıb.

Digər rus müşahidəçisi Olşevski vəziyyətə görə Yevdokimovun rəhbərliyi altında olan rus komandanlığını ən məsuliyyətli hesab edirdi:

“Öz vətənlərindən qovulmuş abzexlər və şapsuqlar niyə belə dəhşətli əzablara və ölümlərə məruz qaldılar? Bu, yalnız qoşunlarımızın tələsik və erkən hərəkəti nəticəsində idi. Daxovski dəstəsi bir-iki həftə sonra köçsəydi, bu baş verməzdi.”

Çərkəz sahillərini tərk edənlərin yalnız bir hissəsi Osmanlı limanlarına çatdı. Osmanlı sahillərinə çatmağı bacaranların çoxu tezliklə orada xəstəlikdən öldü. İngilis şahidi Laurens Oliphant The Times üçün yazdı:

“Kişi, qadın və uşaq qalaqları sözün əsl mənasında dəniz sahilini bürümüşdü. Hamısı arıq və ac görünürdü. Əksəriyyəti çılpaq idi. Bir neçəsi ölmüşdü.”

Çar II. Aleksandr'ın Portresi | Paul Rizzoni

Diplomatik və ideoloji çərçivə: imperiya bunu necə əsaslandırdı?

Rusiyanın rəsmi mövqeyi belə idi: çərkəzlər “məğlub düşmənlər”dir və imperiyanın sərhədlərində yaşamaq istəməyənlər könüllü köçürülür. Lakin arxiv sənədləri göstərir ki, bu köç qeyri-insani şərtlərlə və məcburi şəkildə həyata keçirilmişdi. Bəzən kəndlərə girişdə belə elanlar olurdu:

“İtaət etməyənlər yerindəcə öldürüləcək. Qalanlar 3 gün ərzində gəmiyə minməlidirlər.”

Çar II Aleksandr bu prosesi şəxsən təsdiqləmiş, sərəncamlar vermiş və medallarla mükafatlar təqdim etmişdi. Bu, imperiyanın rəsmi siyasəti idi.

Qara dəniz sahillərində toplanan çərkəzlər Anapa, Novorossiysk, Tuapse və Soçi limanlarından gəmilərə yüklənərək Osmanlı imperiyasının Qara dəniz sahillərindəki Trabzon, Samsun, Sinop, Ayancık, Şile, İstanbul, Varna, Konstansa və Burqas limanlarına aparıldı. Sayları iki- bir milyon yarım olan çərkəzlərin çox az hissəsi cəmi 150 min nəfəri həyatda qala bildi.

Soyqırımın tanınması uğrunda mübarizə…

Bu gün yalnız Gürcüstan (2011) və Ukrayna (2025) bu hadisələri soyqırımı kimi tanıyıb. Rusiya isə bu məsələni “miqrasiya hadisəsi” adlandırır və heç bir məsuliyyət qəbul etmir.

Hazırda dünyada təxminən 5 milyon çərkəz yaşayır və onların böyük əksəriyyəti Türkiyə, İordaniya, Suriya və Almaniyada yerləşib. Qafqazda isə çox az sayda çərkəz qalıb –  Onların isə milli kimliyi qorumaq mübarizəsi isə davam edir.

Tarixçi Günay Hüseyn Əsgərli

Günay Hüseyn Əsgərli
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Azərenerji” Dünya Bankından kredit aldı – Dövlət zəmanəti iləFOTO

Next

Əhaliyə XƏBƏRDARLIQ: “Dənizdə bunu etməyin! – Ölümcül xəstəlik yaradır”

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv