Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir?

By Vüsal Rafiqoğlu
04.07.2025 3 Min Read

Rusiya vətəndaşlığından məhrum edilən separatçını 20 ilə qədər azadlıqdan məhrumetmə, hətta ömürlük həbs gözləyə bilər

Azərbaycana ekstradisiya olunan Zahirəddin İbrahimov qanunsuz hərəkətlərinə görə Rusiya vətəndaşlığından məhrum edilib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə deyib. Onun sözlərinə görə, Rusiya qanunvericiliyi Rusiya Federasiyası vətəndaşını başqa ölkəyə  ekstradisiya etməyə imkan vermir. Mariya Zaxarova Zahirəddin İbrahimovun daha əvvəl qanunsuz hərəkətlərinə görə Rusiya Federasiyası vətəndaşlığından məhrum olunduğunu söyləyib.

Zahirəddin İbrahimov Agarza oğlu, 1954-cü il fevralın 22-də Lənkəran rayonunun Şaglaser kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra Lənkəran Pedaqoji Texnikumunu, sonra isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Sonra  separatçı “Avesta” cəmiyyəti yaradıb. 1992-93-cü illərdə Şaglaser kəndində sovxoz direkroru işləyib.  1997-ci ildən Rusiyanın Yekaterinburq şəhərinə köçüb. 2002-ci ildə Rusiya vətəndaşlığı alıb. 2017 və 2019-cu illərdə Ermənistanda təşkil olunmuş separatçı talış konfranslarında iştirak edib.

Azərbaycandakı etnik azlıqların hüquqlarının müdafiəsi komitəsinin sədri kimi təqdim edilən Zahirəddin İbrahimov Yekaterinburq şəhərində yaşayıb, illər ərzində Ermənistanın paytaxtında təşkil edilən saxta tədbirlərdə Azərbaycan əleyhinə çıxışlar edib. O, Ermənistanda keçirilmiş qondarma konfranslarda Azərbaycan əleyhinə saxta ittihamlar səsləndirib, qərəzli bəyanatlar verib, ölkəmizdə separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirib. Bir müddət əvvəl məsələ ilə bağlı mətbuata açıqlama verən vəkil Səyyarə Əliyeva müvəkkili olduğu Zahirəddin İbrahimovun həqiqətən DTX-nın istintaq təcridxanasına yerləşdirildiyini təsdiq edib. Bildirib ki, Zahirəddin İbrahimov dindirilərkən Ermənistanla əlaqələrini və digər məsələləri etiraf edib.  Zahirəddin İbrahimovun fəaliyyətinə nəzər yetirdikdə, məlum olur ki, o, heç də öz ağlının və zəkasının nəticəsi olaraq, doğulub boya-başa çatdığı dövlətinə, milli kimliyinə daş atmır. Zahirəddin İbrahimovun iradəsizliyindən və maddiyyata daha çox meyl etməsindən istifadə edən Ermənistanın xüsusi xidmət orqanları onu tora salmaqla məkrli niyyətlərini həyata keçirməyə nail olublar. Nəticədə Zahirəddin İbrahimov Ermənistan DTX-sının əlində oyuncağa çevrilib. Məhz Ermənistan DTX-sının sifarişləri əsasında o, YouTube kanalında talış dilində veriliş aparıb. Hətta ona ofis, aylıq 12 min 800 ABŞ dolları maliyyə yardımları göstərilib. Bu cür maddi və mənəvi dəstəkdən ruhlanan Zahirəddin İbrahimov 2012-ci ildə qurulan “Talış Mədəniyyəti Mərkəzi”nin təsisçilərindən biri olub. Bununla yanaşı, Azərbaycana qarşı qarayaxma kampaniyasının detallı şəkildə aparılması üçün Zahirəddin İbrahimov dəfələrlə Ermənistanda olub. Səfəri çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının binasında rəhbər şəxslərlə görüşlər və müzakirə aparıb. Bunu Zahirəddin İbrahimovun vəkili Səyyarə Əliyeva da mətbuata açıqlamasında qeyd edib. Bildirib ki, Zahirəddin İbrahimov istintaq tərəfindən dindirilmə zamanı Ermənistanla əlaqələrindən danışıb.

Cavad Cavadov: İstintaqı sənədlər və kompüter maraqlandırır

Cavad Cavadov

Vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, Zahirəddin İbrahimovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsinin tərkibi var: “Cinayət Məcəlləsinin 274-cü maddəsi  dövlətə xəyanət adlanır. Casusluq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi əleyhinə fəaliyyətdə iştirak etmiş şəxslər bu maddə ilə ittiham olunurlar. Cinayət Məcəllənin 281-ci maddəsi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına yönələn açıq çağırışlar edən şəxslər ittiham olunurlar. Məcəllənin 283-cü maddəsi ilə etnik nifrət və ayrı-seçkilik salmağa yönələn çağırışlar edənlər ittiham olunurlar. Bu maddələr üzrə sübutlar mövcud olarsa və günahı təsdiqlənərsə, Zahirəddin İbrahimovu 12 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə, hətta ömürlük həbs də gözləyə bilər”.

Tanınmış vəkil bildirib ki, Zahirəddin İbrahimovun vətəndaşlığı olmayan şəxs statusunda olması onu cinayət məsuliyyətindən azad etmir: “Əgər əməl Azərbaycan ərazisində və ya Azərbaycan Respublikasına qarşı törədilibsə, Azərbaycan qanunvericiliyi bu əməlləri məhz ölkədaxili hüquqi müstəvidə qiymətləndirir. Zahirəddin İbrahimovun hekayəsi sadəcə bir şəxsin xəyanəti deyil, həm də dövlətin milli təhlükəsizliyinə qarşı yönəlmiş uzunmüddətli düşmənçilik planının fraqmentidir. Ermənistanın öz məqsədləri üçün etnik və sosial zəmində manipulyasiya etməsi, casus şəbəkələri formalaşdırması yeni deyil. Lakin Azərbaycan hüquq-mühafizə orqanları vəziyyəti nəzarətdə saxlayaraq, torpağını satanları həbs edir. Azərbaycan məhkəməsi belə əməllərə öz qiymətini verəcək. Qanunun ən sərt üzü belə şəxslərə göstərilməlidir”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yenə qadın qətlləri: 3 gündə 3 cinayət…

Next

Rusiya Azərbaycanın şimalını “qurdalamağa” başladı

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv