Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Serqodan Romana qədər – bir romanlıq suisid epizodları

By Vüsal Rafiqoğlu
08.07.2025 4 Min Read

Rusiyanın son 125 illik tarixi yüksək vəzifəli şəxslərin edamı, qətli və intiharı ilə zəngindir.

Birinci yerdə edamlardır. Stalin bu işə böyük “töhfələr” verib, yüzlərlə silahdaşını məhv edib.

İkinci yeri qətllər tutur. Bütün sovet liderlərinin dövründə belə hadisələr olub. Bir çoxu ört-basdır edilib.

Üçüncü yerdə intiharlardır. Bu isə son illərdə dəb şəklini alıb və müəmmalarla doludur.

Ancaq sovet dövrünün ən səs-küylü intiharı elə Stalinin vaxtında olub: məşhur inqilabçı, Stalinin 30 illik əqidə, türmə, mübarizə və iş yoldaşı Serqo Orconikidze 1937-ci ildə intihar edib.

ordzho1917.jpg (25 KB)

Onlar 1907-ci ildə Bakıda, Bayıl türməsində tanış olublar və yolları birləşib. Ancaq sonra, ötən əsrin 30-cu illərinin ortalarında əslən minqrel olan və Serqonun mənsub olduğu imeretin etnik azlığından zəhləsi gedən Lavrenti Beriya köhnə dostların arasına girib. Müasir terminlərlə desək, o, Serqonun torbasını tikib, qardaşını həbs edib, ondan Serqoya qarşı ifadə alıb. “Lenin qavardiyası”nın qırılıb-çatılmasına qarşı çıxan, buna görə Stalinlə sözü çəpləşən Orconikidze çıxış yolunu intiharda görüb.

O zaman onun 50 yaşı olub. Kreml Orconikidzenin intiharını infarktdan ölüm kimi qələmə verib. SSRİ-nin səhiyyə komissarı Q. Kaminski, Kremlin tibb və sanitar idarəsinin rəhbəri İ. Xodorovski, tibb və sanitar idarəsinin məsləhətçisi, tibb elmləri doktoru L.Levin və Kremlin ambulatoriyasının növbətçi həkimi S. Metsin imzası ilə belə bir epikriz yayılıb ki, guya Orconikidzenin bir neçə xəstəliyi olub və o, axırda ürək çatışmazlığından ölüb.

ser-stal.jpg (68 KB)

Ancaq inqilabçının həyat yoldaşı Zinaida Qavrilovna Pavlutskaya, onunla birlikdə türmədə yatan Olqa Şatunovkayaya (Şaumyanın köməkçisi) hadisənin təfərrüatı barədə danışıb, o da bunu öz memuarında yazıb. Serqo otağa qapanıbmış. Zinaida onu yeməyə çağırmaq üçün yanına keçəndə, o, üzünü ürəyindən vurub. Zinaida içəri qaçanda Orconikidzenin tapança tutan əlinin yerə düşdüyünü görüb. Şatunovskaya belə bir əlavə də edir: “Onun məktubu şkafın üstündə olub, yazıb ki, daha yaşaya bilməz, nə edəcəyini bilmir. O məktubu heç kim görməyib”.

Belə anlaşılır ki, Orconikidze intihar etməsə də Stalin və Beriya onu edam etdirəcəkmiş. Çünki Orconikidzenin həbs edilən böyük qardaşı Papuliya 1937-ci ildə edam edilib. 1938-ci ildə Orconikidzenin həyat yoldaşı Zinaida 10 il müddətinə azadlıqdan məhrum olunub. Həmin il Serqonun digər qardaşı İvan və onun həyat yoldaşı türməyə göndərilib. 1941-ci ildə Orconikidzenin üçüncü qardaş Konstantin də həbs olunub. Orconikidzenin bacısı oğlu, metallurgiya zavodunun direktoru Georgi Qvaxariya güllələnib.
Adamın nəslini kəsiblər, amma adına rayon, qəsəbə, mədəniyyət evləri, sovxozlar, kombinatlar, parklar, küçələr veriblər, heykəllərini qoyublar, özünü, ailəsini yox, xatirəsini yaşadıblar.

brej0şel.jpg (79 KB)

SSRİ dövrünün daha bir səs-küylü intiharı 1984-cü il dekabrın 13-də baş verib. Sabiq daxili işləri naziri Nikolay Şelokov bağ evində həyat yoldaşı ilə birlikdə intihar edib. O, mərhum baş katib Leonid Brejnevlə dost, yeni baş katib Yuri Andropovla düşmən olub. İkinci tərəfindən vəzifəsindən götürülən Şelokov barədə cinayət işi açılıb, ordu generalı rütbəsindən məhrum edilib. O, partiyadan çıxarıldığı günün ertəsi intihar edib.

puqo.jpg (31 KB)

Sovet dönəminin son ilində isə bir neçə qalmaqallı intihar hadisəsi baş verib. 1991-ci ilin avqustunda İflasa uğramış “QKÇP qiyamı”ndan sonra SSRİ daxili işlər naziri Boris Puqo və həyat yoldaşı Moskvada öz mənzillərində özlərini güllələyiblər. Puqo intihar məktubunda belə yazıb: “İnsanlara çox güvənirdim. Mən bütün həyatımı vicdanla yaşamışam”.

axrom.jpg (44 KB)

Puqodan bir gün sonra qiyam rəhbərlərindən daha biri, SSRİ marşalı Sergey Axromeyev Kremldəki kabinetində özünü asıb. O, intihar məktubunda belə yazıb: “Sona qədər mübarizə apardım”.

26 avqust 1991-ci ildə Sov.İKP MK-nın işlər müdiri Nikolay Kruçina mənzilinin eyvanından özünü atıb. O da intihar məktubu qoyub: “Mən sui-qəsdçi deyiləm, amma qorxağam. Xahiş edirəm, bu barədə sovet xalqına məlumat verin”. Kruçina iş masasının yanındakı stulda Sov.İKP-nin son illərdəki qanunsuz kommersiya fəaliyyəti ilə bağlı müfəssəl məlumatları özündə əks etdirən sənədlərin olduğu qalın bir qovluq qoyub.

6 oktyabr 1991-ci ildə isə Kruçinadan əvvəl həmin vəzifəni tutan Georgi Pavlov da özünü mənzilinin pəncərəsindən atıb.

Ondan 10 gün sonra Sov.İKP MK-nın beynəlxalq şöbəsinin ABŞ sektorunun keçmiş müdiri Dmitri Lissovolik eyni hərəkəti edib – özünü 12 mərtəbəli binanın eyvanından aşağı buraxıb.

5318626_original.jpg (138 KB)

Bu baxımdan Rusiyanın nəqliyyat naziri olmuş Roman Starovoytun vəzifədən çıxarılan gün intihar etməsi anlaşılandır. Ən azı bir neçə presedent var.

Ancaq son 3 ildə 17 meqaholdinq menecerinin ölməsi sıradan hadisə deyil. Onlardan bir neçəsi qətlə yetirilibsə də, çoxu intihar edib və intihar üsulu kimi hündürlükdən atılmağı seçiblər. Bu isə skeptiklərdə şübhə doğurur. Çünki başqa, daha rahat suisid üsulları da var.

Bir neçə epizodda belə hadisələrin intihar yox, sui-qəsd olduğu iddia edilir. Onların arqumentini gücləndirən əsas nüans odur ki, hündürlükdən düşmə nəticəsində baş verən ölüm halının araşdırılması zamanı vaqiənin qəsd və ya intihar olduğu hələm-hələm bilinmir və işi asanlıqla bağlamaq olur.

Araz Altaylı, Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Səhiyyə naziri institutun yeni rektorunu kollektivə təqdim edibFOTO

Next

Qarabağla bağlı SEVİNDİRİCİ XƏBƏR – Gələn ilin sonunadək Şərqi Zəngəzurda…

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv