Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Ordumuzun generalı Səudiyyədə – İslam koalisiyası müzakirələri

By Vüsal Rafiqoğlu
09.07.2025 3 Min Read

57 müsəlman ölkəsindən 34-nü birləşdirən koalisiyaya qoşuluruq?

Azərbaycanın Səudiyyə Ərəbistanı ilə artan siyasi və iqtisadi əlaqələrinə biri də əlavə olunub- hərbi sahə. Belə ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, rəsmi səfər proqramına əsasən, general-polkovnik K.Vəliyevin Krallığın hərbi rəhbərliyi ilə bir sıra görüşləri, həmçinin Terrorla Mübarizə İslam Koalisiyası Mərkəzini ziyarəti planlaşdırılır. Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Fəyyad Əl-Ruvayli Azərbaycan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevlə görüşüb.

Bununla bağlı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı ikitərəfli əlaqələrə nəzər salınıb, müdafiə və hərbi sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, həmçinin ümumi maraq doğuran bir sıra mövzular müzakirə edilib.

Səudiyyə Ərəbistanının başçılığı ilə Terrorla Mübarizə İslam Hərbi Koalisiyası 2015-ci ildə qurulub. Koalisiyaya 34 ölkə daxildir. Səudiyyə Ərəbistanı ilə yanaşı, koalisiyaya İordaniya, Birləşmiş Ərəb Əmirliyi, Pakistan, Bəhreyn, Türkiyə, Tunis, Sudan, Somali, Fələstin, Qətər, Küveyt, Livan, Liviya, Malayziya, Misir, Nigeriya, Yəmən daxildir. Həmçinin 10-dan çox İslam dövlətinin, o cümlədən İndoneziyanın koalisiyaya dəstək verdiyi bildirilir.

Koordinasiyası üzrə birləşmiş qərargah Ər-Riyadda yerləşir. Eyni zamanda koalisiya öz fəaliyyətini dost ölkələr və beynəlxalq təşkilatlarla da koordinasiya edir. 2016-cı ildə koalisiyadan Azərbaycana da dəvət gəlmişdi.  O zamankı xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın İslam Koalisiyasına qoşulması barədə hələlik qərar qəbul olunmadığını demişdi. Bəzi hərbi ekspertlər də koalisiyanın konkret hədəflərinin bəlli olmadığını deyirdilər. Ona görə də Azərbaycan gözləmə mövqeyində olmalı, yeni koalisiyanın tam mahiyyətini öyrəndikdən sonra burada təmsil olunub-olunmamaq barədə müvafiq addımlar atılmasını təklif edirdilər. O zamandan 10 il keçib, dünyada çox dəngələr dəyişib. Baş Qərargah rəisinin Terrorla Mübarizə İslam Koalisiyası Mərkəzində olması bu baxımdan diqqət çəkir. Kərim Vəliyevin səfəri üfüqdə sözügedən koalisiyaya üzv olacağımızın görünməsi sayıla bilərmi? Üzv olmağımız maraqlarımıza tam olaraq uyğun gəlirmi? Azərbaycan bu koalisiyaya qoşularmı?

Yusif Bağırzadə: Bu, Azərbaycan dövlətinin insan həyatını ən ali dəyər kimi  qiymətləndirməsinin ən bariz nümunəsidir - "İki sahil"

 Yusif Bağırzadə 

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Terrorla Mübarizə İslam Hərbi Koalisiyası 2015-ci ildə qurulmasına baxmayaraq, hələ də 57 müsəlman ölkəsindən ancaq 34-nü öz ətrafında cəmləyə bilib. Bunun da müxtəlif səbəbləri var. Amma ən önəmlisi bu koalisiyanın konkret hədəflərinin bəlli olmaması ilə bağlıdır: “Düzdür, beynəlxalq terrorizm müasir dünya üçün hər zaman ciddi təhlükə olub və onunla mübarizə özündə koordinasiyalı mübarizəni ehtiva edir. Lakin indiyə kimi beynəlxalq terrorizmlə mübarizə istiqamətində ciddi koordinasiya olunmuş hansısa addıma rast gəlinməyib, o cümlədən də Terrorla Mübarizə İslam Hərbi Koalisiyasının bu istiqamətdə hər hansı uğurundan danışmaq mümkün deyil. Məsələn, bu koalisiyanın üzvü olmasına baxmayaraq keçən 10 il ərzində Türkiyənin terrorla mübarizəsinə adıçəkilən koalisiya tərəfindən hər hansı dəstək verildiyinə şahidlik etməmişik. Və ya Pakistanı götürək. Bu ölkə də İslam Hərbi Koalisiyasının üzvü olaraq terrordan ən çox əziyyət çəkən ölkələrdən biridir. Amma təəssüf ki, o da terrorla mübarizədə demək olar ki, təkbaşına qalıb”.

Politoloq qeyd etdi ki, başqa sözlə desək, bir çox hallarda ayrı-ayrı dövlətlərin geosiyasi maraqları beynəlxalq terrorizmə qarşı mübarizədə real nəticə əldə etməyə imkan vermir: “O baxımdan da düşünmürəm ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Səudiyyə Ərəbistanına səfəri bu məsələ ilə bağlı olsun. Azərbaycan Səudiyyə Ərəbistanı ilə müxtəlif sahələrdə kifayət qədər yaxşı əməkdaşlıq qurduğu kimi hərbi sahədə də uğurlu ikitərəfli əməkdaşlıq edə bilər. Buraya birgə silah istehsalından tutmuş, hərbi-texniki əməkdaşlığa, hətta hansısa hərbi təlimlərdə birgə iştiraka qədər çox şeyi aid etmək olar”.

Y.Bağırzadə həmçinin dedi ki, indiyə qədər İraqda, Kosovoda, Əfqanıstanda sülhməramlı qüvvələrin tərkibində iştirak etdiyimiz kimi Terrorla Mübarizə İslam Hərbi Koalisiyasının ayrı-ayrı əməliyyatlarında da ölkəmizin maraqlarına cavab verdiyi halda hansısa şəkildə iştirak mümkündür: “Amma koalisiya üzvlüyü ciddi məsələdir və bununla bağlı qərar vermək üçün ciddi şəkildə düşünmək lazımdır. Elə buna görə də 2016-cı ildə koalisiyadan Azərbaycana üzvlük üçün dəvət gəlməsindən 10 ilə yaxın müddət keçməsinə baxmayaraq, Azərbaycan üzv olmaq üçün qərar verməyib, gözləmə mövqeyi tutur”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ötən gün 28 azərbaycanlı Almaniyadan geri qəbul edilib

Next

Nuranə on il əvvəl bənzər hadisədə xəsarət alıbmış- VİDEO

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv