Daşnakların evində axtarışlar başlayıb
Bu gün səhər tezdən Ermənistanın təhlükəsizlik qüvvələri yenidən “Daşnaksütyun” üzvlərinin evlərində əməliyyatlara başlayıblar.
Musavat.com-un məlumatına görə, bu barədə Ermənistanın “Daşnaksütyun” ali orqanının ictimaiyyətlə əlaqələr idarəsinin bəyanatında deyilir.
“Hazırda Ermənistan Milli Assambleyasının üzvü Qeqam Manukyanın və Ermənistan Daşnaksütyun ali orqanının aparatının rəhbəri Vaan Matinyanın evində axtarışlar aparılır”, – deyə məlumatda bildirilir.