Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qərb birinə göz yumur, o birinə isə tribunal qurur

By Vüsal Rafiqoğlu
17.07.2025 3 Min Read

Ukrayna Ali Radası srağagünkü iclasında Avropa Şurası ilə birlikdə xüsusi tribunalın yaradılması haqqında sənədi təsdiqləyib. Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, tribunal yaradılması üzərində işləyərkən Nürnberq və Tokio tribunallarının, keçmiş Yuqoslaviya tribunalının, Beynəlxalq Cinayət Məhkəməsinin təcrübəsi nəzərə alınıb. 

O, Rusiya ordusunun Ukraynadakı cinayətlərinin məsuliyyətinin qaçılmaz olmalı olduğunu deyib, tribunalın təcavüz cinayətindən tutmuş, bütün vəhşiliklərə,  soyqırımlara və hərbi cinayətlərə baxacağını bildirib.

Bəs belə bir tribunalın işi nə dərəcədə effektiv olacaq? Cinayət törətməkdə şübhəli olan şəxslərin mühakimə olunması üçün Rusiya müharibədə mütləq məğlub olmalıdır. Bunun belə olub-olmayacağını gələcək göstərəcək. Yəqin ki, Azərbaycan parlamenti də vaxtında belə bir addım atmalıydı. Erməni qəsbkarların xalqımıza qarşı törətdiyi ağır cinayətlərin mühakimə olunması üçün beynəlxalq tribunal yaratsaydı, hazırda Bakıda mühakimə olunan erməni hərbi caniləri müdafiə edən xarici dairələrin ağzı yumulardı. Yoxsa yenə də onların cinayətləri xristian təəssübkeşliyi prizmasından qiymətləndiriləcəkdi?

Azərbaycan niyə zamanında belə bir tribunal təşəbbüsü ilə çıxış etmədi? Ukrayna üçün beynəlxalq məhkəmə qurulursa, bəs Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi cinayətlər nə olacaq?

Arzu Nağıyev komitə sədri seçildi – SumqayitXeber.Com

Arzu Nağıyev

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, 1990-cı illərin əvvəllərindən başlayaraq erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi qətllər, soyqırımlar, işgəncələr və etnik təmizləmə həyata keçirib: “Xocalıda 613 mülki şəxsin, Başlıbel, Qaradağlı, Meşəli, Kərkicahan və Daşaltı kəndlərində camaatın amansız şəkildə qətlə yetirilməsi, yüzlərlə əsirin qeyri-insani şəraitdə saxlanılması və bu gün də minalanmış ərazilərdə insanların ölümü insanlıq əleyhinə cinayətlərdir. Hazırda Bakıda bir neçə erməni hərbi canisi mühakimə olunur. Lakin beynəlxalq təşkilatlar bu məhkəmələrə ya etinasız yanaşır, ya da siyasi motivli ittihamlar səsləndirirlər. Halbuki Azərbaycan bu cinayətləri beynəlxalq tribunal qarşısında müzakirəyə çıxarsaydı, söhbət təkcə “şəxsi ədavətdən” deyil, beynəlxalq hüquq normalarının pozulmasından gedərdi”.

Deputat vurğulayıb ki, 2020-ci ildən bu yana 360-dan çox mülki və hərbi şəxs mina partlayışlarında həyatını itirib və ya xəsarət alıb: “Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim etməkdən boyun qaçırır və bu, sülh dövründə də cinayətlərin davam etməsi deməkdir. Bu faktlar tribunal üçün əsas ola bilər. Əsirlikdə olan azərbaycanlılara qarşı qeyri-insani rəftar və işgəncə halları mühakimə olunmalıdır. Beynəlxalq tribunal bu faktları hüquqi presedentə çevirə bilər”.

Deputat qeyd edib ki, Azərbaycanın tribunal təşəbbüsü ilə çıxış etməsi həm hüquqi, həm də mənəvi haqqıdır: “Ermənistanın cinayətləri sənədləşdirilib, şahid ifadələri və videodəlillər mövcuddur. Biz bu faktları beynəlxalq ictimaiyyətə hüquqi müstəvidə təqdim etməklə dünya ictimaiyyətini susqunluqdan çıxara bilərik. Çox təəssüf ki, bu gün dünyada tribunallar hüquqi deyil, siyasi iradə əsasında qurulur. Ukrayna məsələsində bu iradə kollektiv Qərb tərəfindən ortaya qoyulub. Azərbaycan da 30 ilə yaxın dövrdə kifayət qədər hüquqi material toplayıb. Əsas məsələ bu sənədləri diplomatik arenaya çıxarmaq və tribunal təşəbbüsü ilə çıxış etməkdir…

Qərb insan hüquqları və beynəlxalq hüquq prinsiplərindən danışanda yalnız özünə yaxın olanlara toxunur. Ukraynada baş verənlər dərhal hüquqi çərçivəyə salınır, Ermənilərin törətdiyi vəhşiliklər isə “tərəfsiz müşahidəçi” baxışı ilə ötüşdürülür. Bu yanaşma qəbuledilməzdir”.

Deputat bildirib ki, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) də müraciət edə bilər: “BCM-in Roma Əsasnaməsinə görə, insanlıq əleyhinə cinayətlər aşağıdakılardır: Müntəzəm şəkildə mülki əhalinin qətli; etnik və ya dini zəmində təqib; qəsdən aclığa məruz qoyma; mülki əhalinin təxliyə edilməsinə imkan verməmək; əsirlərə və girovlara işgəncə və alçaldıcı rəftar. Azərbaycan bu halların hamısını sənədlərlə sübut edə bilər. Azərbaycan Roma Statutuna qoşulmasa da, tribunal yaratmaq üçün birgə təşəbbüs irəli sürə bilər. Məsələn, Türk Dövlətləri Təşkilatı çərçivəsində regional tribunal ideyası irəli sürülə bilər. Ermənistanın törətdiyi vəhşiliklər bütün dünyanın hüquq tarixinə yazılmalıdır”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əliyevdən PKK mesajı – Azərbaycan üçün yeni fürsət pəncərəsi

Next

Pis günlər geridə qaldı: İyulun ikinci yarısında ən şanslı olacaq 5 BÜRC – siyahıdasınız?

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv