Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib.

Əvvəlcə iştirakçılar Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda canlarından keçmiş bütün şəhidlərimizin və şəhid jurnalistlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Bərdə rayon təşkilatı sədrinin səlahiyyətlərini müvəqqəti icra edən, sədr müavini Elməddin Əsgərxanov 150 yaşı tamam olan Milli mətbuatımızın keçdiyi şərəfli yoldan, Ulu öndər Heydər Əliyevin mətbuatın inkişafı üçün aparmış olduğu uğurlu siyasətin bugün də ölkə Prezidenti, Müzəffər Liderimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışib.
Görüş iştirakçıları jurnalistlərin ən yaxın dostu olan cənab İlham Əliyevə bu sahəyə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Görüş yemək süfrəsi arxasında davam etdirilib.

Daha çox xəbərlər