Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

“And içirəm ki, təzə gəlmişəm” – Balıq danışa bilsəydi… – Bazarda satıcılar bizi aldadır?

By Vüsal Rafiqoğlu
29.07.2025 3 Min Read

Azərbaycanda böyüklərin dilindən tez-tez eşitdiyimiz maraqlı bir inanc var: “R” hərfi olmayan aylarda balıq yemək olmaz! Bu inanclı qadağa may, iyun, iyul və avqust aylarına şamil edilir. Elə bil ki, bu aylarda balığın dadı qaçır, bərəkəti azalır, ya da zəhərə dönür. Amma məsələ göründüyündən daha rasionaldır: yay istisində balıq çox tez xarab olur. Əgər düzgün şəraitdə saxlanmazsa, sağlamlıq üçün təhlükə mənbəyinə çevrilə bilər.

Əslində bu inanc illərin müşahidəsindən doğan, sadə insanların təcrübəsinin toplanmış formasından başqa bir şey deyil. Soyuducu, dondurucu, buz dolu vitrinlər olmayan zamanlarda nənələrimiz balıqdan yayda uzaq duraraq, ailəsini qorumağa çalışıblar.

Bəs bu gün necədir? Soyuducular, müasir texnologiyalar var, amma bazarda satılan balıq həqiqətən təzədir? Yoxsa “təzədir” deyə-deyə bizə günlərlə açıq havada qalmış, qoxusu burnu yandıran balıqlar təqdim olunur? Bu suallara cavab tapmaq üçün yay istisinin qızmar çağında Bakının ən iri və gur səsli satış nöqtələrindən birinə – “8-ci kilometr bazarı”na üz tutduq.

Bazarın girişindən içəri addım atan kimi adamın burnuna qarmaqarışıq iy gəlir: bir az dəniz, bir az da… balıq. Hər piştaxtanın arxasında bir dünya durur – kimisi səsini ucaldaraq müştəri çağırır, kimisi “yaxın gəl, yaxşı balıqdır” deyir, kimisi də and içir ki, “gətirdiyim balıq bu səhər tutulub!”.

4ef71d37-3ddf-479d-9b43-a6432247e929 (1).jpg (169 KB)

İlk yaxınlaşdığımız satıcı qadın bizi gülərüzlə qarşılayır, elə bil illərdir tanıyır. “Ay qızım, narahat olma, məndən alınan balıqdan hələ heç kim zəhərlənməyib. Bax bu yekə sazanın sümüyü də azdır, dadı da əladır”.

Qiymət soruşuruq: “sənə münasib edərəm”. Balığın haradan gəldiyini soruşduqda, “Zaqataladan, Alazan çayından tutulub, Allah şahiddir” deyir.

Azca irəlilədikcə səs tonları dəyişir, əllər beluqa balığını göstərir.

Gənc satıcı gülümsəyərək çağırır: “Gəl, Rusiya balığı al, yol gəlib, gözlətmə!”. Rusiyadan gətirilən beluqanın qiyməti 11 manat, yerli olan isə 13-15 manat arasında dəyişir. “Yağlısı yerli olandır, amma büdcəni düşünürsənsə, uzaqdan gələnə bax”, – deyir.

Piştaxtaların arası ilə gəzərkən gözümə iri sazanlar, farellər, kütümlər sataşır. Vitrin soyuducuda düzülüb gözə xoş gəlməyə çalışırlar. Amma hava o qədər istidir ki, hətta soyuducunun da işi çətinləşib. Satıcılardan biri əlindəki qeyd dəftərini görüb “bizdə hər şey rəsmi, sənədli” deyə qalın bir kağız topası göstərir: “Bax, AQTA bizə icazə verib. Soyuducu vitrindir, altı buz kimidir. Qorxma, təzədir”, – deyə əminliklə əlavə edir.

Söhbət əsnasında o da aydın olur ki, yayda bazarda balıq bolluğu olmur. Çünki balıq kürü verir, həm də isti hava şəraiti daşınma və saxlanmanı çətinləşdirir. “Biz də hər gün təzə gətirə bilmirik, ona görə soyuducuda saxlayırıq. Əks halda xarab olar, biz də cərimələnərik”, – deyə satıcı açıq danışır.

8cca68cc-bed2-4ea7-8f04-ecfddbc3ea3d.jpg (169 KB)

Yolumuzu bir başqa piştaxtaya salırıq. Buradakı satıcı kütüm balığını 8 manata təklif edir, sonra bir qədər ürəklə danışmağa başlayır: “Yayda camaat qorxur balıq almağa, amma biz yoxlanırıq. Zəhərlənmə olsa, buranı bağlayarlar, bizi də cəzalandırarlar”.

Amma alıcılarda eyni əminlik yoxdur. Danışdığımız qadınlardan biri deyir: “Kababa çəkib yemək istərdim, amma baxıram bu isti havada saatlarla açıqda qalıb. Adam bilmir hansı şəraitdə gətirilib. Hələ bir az da gözləyək, payızda alarıq”.

8b595119-0bae-42ba-a193-8592e5f6a936.jpg (136 KB)

Həqiqət odur ki, balıq sudan çıxarıldığı andan etibarən keyfiyyətini itirməyə başlayır. İsti havada isə bu proses daha da sürətlənir. Mütəxəssislər bildirir ki, balığı yalnız buzun içində saxlamaq mümkündür. Əks halda balıq əti tez xarab olur və zəhərlənmə riski artır.

“R” hərfi olan, ya da olmayan ay fərq etməz – əsas odur ki, aldığınız balığın soyuqdan çıxıb-çıxmadığına, gözünə, iyinə və satıcının səmimiyyətinə diqqət edin.

Çünki balıq masanı bəzəyə də bilər, xəstəxanaya da aparar.

Şahanə Rəhimli,
Musavat.com,
Fotolar müəllifindir

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

160 mindən çox tələbənin təqaüdü artırılır – TarixMƏLUM OLDU

Next

İyulun sonunda yeni həyata başlayacaq BÜRCLƏR

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv