Region Xəbərləri 

Bərdədə yeni inşa olunan yaşayış binaları istifadəyə verilib

Bərdədə Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa olunan 60 mənzilli yaşayış binaları istifadəyə verilib. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin, Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin və rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə mənzillərin sakinlər arasında bölüşdürülməsi üçün püşkatma mərasimi keçirilib və 60 ailəyə açarlar təqdim olunub.
60 mənzildən ibarət olan yaşayış binasına 60 ailə, ümumilikdə 240 nəfərdən çox sakin köçürülüb. Mənzillərin 6-sı birotaqlı, 24-ü ikiotaqlı, 24-ü üçotaqlı, 6-sı isə dördotaqlıdır.
Qeyd edək ki, binaların tikintisinə 2024-cü ilin yanvarından başlanılmış və bu ilin iyulunda başa çatdırılmışdır.

Daha çox xəbərlər