Siyasət 

“Azərbaycan bizə doğmadır” -İran prezidenti Məsud Pezeşkiandan İSTİ AÇIQLAMA

İran prezidenti Məsud Pezeşkian Azərbaycana münasibətdə mövcud problemlərə toxunaraq bildirib ki, Azərbaycan İran üçün çox yaxın və doğma ölkədir. O, indiyə qədər İranla Azərbaycan arasında aparılan danışıqlarda uğursuzluğun səbəblərinin araşdırılmasının vacib olduğunu vurğulayıb.

Musavat.com-un məlumatına görə, Pezeşkian qeyd edib ki, “Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim? Biz əlaqə qura bilmirik, amma İsrail bunu bacarır? Bacı-qardaşlarımızla düzgün və mehriban münasibət qura bilməməyimizdə problemin harada olduğunu görməliyik.”

İran prezidenti həmçinin əlavə edib: “Heç bir dövlət tarixdə İrana bu qədər yaxın, doğma ola bilməz. Amma İsrail İran qədər yaxın olmaya-olmaya bizdən daha yaxşı münasibətlər qurur. Bir baxaq görək səhv kimdədir, niyə bu belədir. Ancaq ittihamla haraya varmaq olar. Azərbaycanla yaxşı münasibətlər qurmaq üçün hər cür imkanımız varsa, niyə iradəmiz buna çatmasın?”

Bu fikirlər İranla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması və dialoqun gücləndirilməsi baxımından önəmli mesaj kimi qiymətləndirilir.

Daha çox xəbərlər