Cəmiyyət 

Təsbehlə istixarəni necə edirlər?

Təsbehlə istixarəni necə edirlər?

İstixarə, çıxış yolu bilinməyən hallarda Alahdan xeyirli çıxış yolunu istəmək deməkdir. İnsan bir əməli etməyin ya etməməyin daha yaxşı olduğunu bilməyəndə istixarə edə və ya etdirə bilər. İstixarənin iki əsas növü var: Quranla və təsbehlə. Təsbehlə istixarənin də qaydaları müxtəlifdir. Qaydalardan biri budur ki, istixarə etmək istəyən adam 100 dənəli təsbehi əlində tutub əvvəlcə Fatihə və Qədr surələrinin hər birini 10 dəfə oxusun, sonra dua kitablarında qeyd edilən və “Allahummə inni əstəxirükə li-ilmikə…” sözləri ilə başlayan duanı oxusun. Daha sonra təsbeh dənələrindən bir ovuc ayırıb cüt-cüt saysın. Axırda tək dənə qalsa, nəticə müsbətdir, yəni nəzərdə tutulan işi etmək məsləhətdir. Cüt dənə qalsa, nəticə mənfi sayılır və o işdən çəkinmək daha yaxşıdır.

Daha çox xəbərlər