Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

ABŞ ilə imzalanan xartiya – NATO bazaları yalanı

By Vüsal Rafiqoğlu
13.08.2025 4 Min Read

Bakı ilə əldə olunan strateji tərəfdaşlıq sənədi Moskvanı narahat edir – Kremlin iki adamından isterik reaksiya

Azərbaycan və ABŞ hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir.

Anlaşma Memorandumu Azərbaycan-ABŞ strateji tərəfdaşlığın üç istiqamətini əhatə edir:

– Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;

– Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə;

– Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.

Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.

Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq xartiyası bir neçə ay ərzində hazırlanacaq. Dövlət başçısı deyib ki, Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Prezident vurğulayıb ki, dünyanın ən böyük ölkəsi ilə strateji tərəfdaşlıq formatında əməkdaşlıq həm böyük imkan, həm də ciddi məsuliyyətdir.

Ermənistan indiyə kimi bölgədə ABŞ ilə Strateji tərəfdaşlıq Xartiyası imzalamış tək ölkə olması ilə öyünürdü, bu gün isə vəziyyət tamamilə dəyişib və Azərbaycan ABŞ-nin strateji tərəfdaşı kimi təsdiqlənib. Əlbəttə, bu da Ermənistana ən tutarlı cavabdır.

Prezident İlham Əliyev Bayden dövründə kənar təsirlər altında Azərbaycanda uzaqlaşan ABŞ-ni Tramp administrasiyasının hakimiyyətdə olduğu qısa müddətdə – cəmi 6 ayda Bakıya yaxın qonşu edir. Bu mənada Strateji Tərəfdaşlıq Xartiyasının bu münasibətlərin daha da inkişaf etdirilməsində xüsusi təsirləri olacaq.

Rusiyalı təbliğatçı Vladimir Solovyov Vaşinqton razılaşmalarını şərh edərkən Cənubi Qafqazı yeni “Xüsusi Hərbi Əməliyyat”la təhdid edib. “Biz başa düşməliyik ki, Cənubi Qafqazda baş verənlər çox böyük problemdir və Xəzər tezliklə orada NATO bazalarının görünə biləcəyi vəziyyətə düşə bilər. Ona görə də burada bütün mümkün diplomatiya üsullarını daxil etməliyik ki, Rusiyanın maraqlarına hörmətlə yanaşsınlar”.

Bəllidir ki, Bayden administrasiyası gethagetdə İrəvanla da eyni məzmunda xartiya imzalayıb. Yəni Solovyovun narahatlığı təkcə Azərbaycanla bağlı imzalanmış xartiya ilə bağlı deyil. Ümumiyyətlə, ABŞ-nin Cənubi Qafqazda təsirlərinin artması Rusiyanı narazı salır. Çünki Ruisya hər zaman regiona özünün “arxa bağçası” kimi baxıb.

Yeri gəlmişkən, yalnız Solovyov deyil, Kremlin əsas ideoloqlarından olan avrasiyaçı alim Aleksandr Duqin də həyəcanını gizlədə bilməyib. “Azərbaycan və Ermənistan arasında Vaşinqtonda bağlanmış sülh sazişi Rusiyanın Cənubi Qafqazdakı siyasətinin iflasıdır. Rusiya regionda nüfuzunu itirib, günahkarlar isə cəzasız qalır. Səhvləri etiraf etmək və böyük dövlət statusunu ”bərpa etmək” vaxtıdır”. Rusiyanın milli siyasətinin memarlarından sayılan Duqin belə deyib.

Onun sözlərinə görə, bu müqavilə Rusiyanın gücsüzlüyünün sübutudur: “Biz artıq postsovet məkanına da nəzarət etmirik. Əgər burada bizə hörmət edilməsə, dünya səhnəsində bizimlə kim hesablaşacaq? Bu, sadəcə olaraq, məğlubiyyət deyil, hər bir rusun üzünə vurulan sillədir. Paşinyanı və Əliyevi günahlandırmaqla özünüzə haqq qazandıra bilməzsiniz.

Etiraf etməliyik ki, biz uduzduq, çünki danışıqları düzgün adamlara həvalə etmədik. Əgər bunu alçaldıcı hal kimi qəbul etməsək, suveren sivilizasiya olmaqdan çıxacağıq. Günahkar cavab verməlidir. Ya biz öz maraqlarını müdafiə etməyə qadir olan imperiyayıq, ya da müttəfiqlərimizin bizə xəyanətini seyr etməkdən utanıb istefa verəcəyik. Ədalət olmasa, gələcəyimiz də yoxdur”.

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirib ki, memorandumda təhlükəsizlik sahəsində əməkdaşlıq qeyd olunub. Onun fikrincə, bu razılaşmanı Azərbaycanın Şimali Atlantika Alyansına üzvlük hazırlığı kimi qiymətləndirmək olmaz. “Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və bizim hər hansı hərbi blokda iştirak niyyətimiz yoxdur. Ona görə də Azərbaycan ərazisində hər hansı dövlətin hərbi bazası yaradıla bilməz. Buna ehtiyac da hiss etmirik. Azərbaycanın Türkiyə ilə Şuşa bəyannaməsi hərbi bazanın olması qədər ali razılaşmadır. Pakistan kimi nüvəsi olan dövlətlə müttəfiqliyimiz var. Ən əsası isə sülh mətnində Azərbaycan və Ermənistan güc tətbiqindən imtina ediblər, sərhəddə üçüncü qüvvənin yerləşməməsinə də razılaşıblar. Yəni bundan sonra müharibə istisna edilirsə, ABŞ, yaxud başqa dövlətin ərazimizdə hərbi bazası lazımsızdır”, – deyə hərbi ekspert vurğulayıb.

Hərbi təhlilçi qeyd edib ki, ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edəcək, onlardan biri də təhlükəsizlik məsələsidir. Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda Qərbin təsirlərinin artmasından narahatdır və Solovyovun, eləcə də digər təbliğatçıların çıxışları da həmin həyəcandan irəli gəlir. R.Məmmədli əlavə edib ki, bölgə üçün heç də asan dövr gəlmir və strateji rəqabət daha da dərinləşəcək, bu da təhlükəsizliyin dayanıqlı olmasını kövrək edir.

Нет описания фото.

Elxan Mirzəyev

Professor Elxan Mirzəyev isə “Yeni Müsavat”a imzalanan memorandumu çoxşaxəli xarici siyasətin bir nümunəsi adlandırıb: “Azərbaycan Rusiya ilə də strateji müttəfiqlik bəyannaməsi imzalayıb, sadəcə, Moskva özünü dost kimi aparmır. Bizim Çinlə də strateji tərəfdaşlıq sənədimiz var. Azərbaycan regionun inkişafında maraqlıdır. Ona görə Moskva güzgüyə baxmalı, günahı özündə axtarmalıdır ki, regiondan kənar dövlətlərin bölgədə təsirləri niyə artır. Əslində bu xartiya Ermənistanla imzalananda Rusiya daha sərt reaksiya verməliydi. Çünki Ermənistan KTMT üzvüdür, Rusiyanın orada iki hərbi bazası yerləşir, dəmiryolları onun mülkiyyətindədir, sərhədlərini rus əsgərləri mühafizə edir. Ona görə də Moskva İrəvandan izahat istəyə bilərdi”.

E.Mirzəyev hesab edir ki, Azərbaycan ABŞ ilə 30 ildən artıq əlaqələrə malikdir, beynəlxalq terrorizmlə mübarizədə ortaq olmuşuq, yəni əlaqələr daha çox inkişaf edə bilərdi, sadəcə, Bayden iqtidarı tormozlamışdı.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qəbul imtahanlarında daha bir “ÇP”

Next

Belə qarpızları almayın

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv