Dünya 

Əfqanıstanda seçki məntəqəsinin yaxınlığında partlayış: yaralananlar var

Əfqanıstanın Qəndəhar şəhərində seçki məntəqəsinin yaxınlığında partlayış törədilib.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Partlayış seçicilər məntəqədə toplaşmağa başlayarkən baş verib.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Qeyd edək ki, bu gün Əfqanıstanda prezident seçkiləri keçirilir.

Daha çox xəbərlər