Dünya 

İstanbullular zəlzələ qorxusundan parklarda yatırlar

Sentyabrın 26-da İstanbulun Silivri rayonunda baş verən 5,8 maqnitudalı zəlzələdən iki gün keçməsinə baxmayaraq, sakinlər hələ də gecələr qorxudan küçədə yatırlar.

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, vətəndaşlar Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) parklarda qurduğu çadırlarda gecələyirlər.

Qeyd edək ki, türkiyəli alimlər yeni zəlzələlərin ola biləcəyini ehtimal edirlər.

Daha çox xəbərlər