Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Dövlət başçımız mühüm mesajlar verdi: Sülh təşəbbüsü, bərpa planları və regional sabitliyə çağırış

By Vüsal Rafiqoğlu
27.08.2025 3 Min Read

“Son vaxtlar Prezident İlham Əliyev Avropa və dünyanın aparıcı informasiya agentliklərinə ardıcıl olaraq geniş müsahibələr verir. Azərbaycanın regionda lider mövqedə qərarlaşması, Prezident İlham Əliyevin qalib sərkərdə və uğurlu iqtisadi strategiya yürüdən dövlət başçısı kimi tanınması nüfuzlu KİV-lərin ölkə rəhbərinə marağını daha da artırıb. Avqustun 26-da yayımlanan növbəti müsahibə isə Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına verilib. Dünya miqyasında geniş auditoriyaya sahib olan bu telekanala verdiyi müsahibəsində Prezident İlham Əliyev bir sıra vacib məsələlərə toxunub, regional və beynəlxalq gündəmdə olan mövzularla bağlı Azərbaycanın mövqeyini dolğun şəkildə ifadə edib”.

Bu fikirləri Musavat.com-da Milli Məclisin deputatı Kamran Bayramov səsləndirib.

O qeyd edib ki, dövlət başçımız “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə Azərbaycanın sülh təşəbbüsləri və bu istiqamətdə atdığı qətiyyətli addımlar bir daha aydın şəkildə nümayiş etdirildi: “Dövlət başçımızın vurğuladığı kimi, məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib. Bu, Azərbaycanın regionda sabitlik və əməkdaşlıq üçün nə qədər səmimi və prinsipial mövqe sərgilədiyini göstərir. 1994-cü ildən 2020-ci ilə qədər olan dövrdə müxtəlif beynəlxalq platformalarda keçirilən danışıqlar nəticəsiz və formal xarakter daşıyırdı. Uzun illər boyu Ermənistanın qeyri-konstruktiv mövqeyi, beynəlxalq vasitəçilərin isə ikili standartlara söykənən vasitəçiliyi səbəbindən münaqişənin həllində heç bir real irəliləyiş əldə olunmadı. Nəhayət, Azərbaycan xalqı öz taleyini öz əlinə aldı və 44 günlük Vətən müharibəsi nəticəsində ədaləti, beynəlxalq hüququ və milli ləyaqətini bərpa edərək ərazi bütövlüyünü təmin etdi. Qalib tərəf olmasına baxmayaraq, məhz Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi və Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh sazişi layihəsini təqdim etdi. Avqustun 8-də ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda imzalanmış sənəd bu baxımdan xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası əsaslarla necə qurulmalı olduğunu əks etdirir və Azərbaycanın prinsipial mövqeyinə əsaslanır. Bu, həm də Azərbaycanın sülhə nə qədər sadiq olduğunu bir daha dünyaya nümayiş etdirir”.

Deputat diqqətə çatdırıb ki, sülh sazişinin formal olaraq hələ imzalanmamasının əsas səbəbinə gəlincə, Prezident açıq şəkildə bildirib ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəalar hələ də qüvvədədir:

“Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu kimi iddiaların aradan qaldırılması, yəni Ermənistan konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların çıxarılması sülh müqaviləsinin imzalanması üçün əsas şərtdir. Bu dəyişikliklər həyata keçirildikdən sonra iki ölkə arasında rəsmi sülh sazişinin imzalanması qaçılmaz olacaq.

Dövlətimizin başçısı müsahibəsində Ermənistanla sülhün davamlılığı üçün əsas prinsipin qarşılıqlı şəkildə dövlətlərin ərazi bütövlüyünün tanınması olduğunu qətiyyətlə ifadə edib. O, açıq şəkildə bəyan edib ki, Vaşinqtonda imzalanan sənəd bu prinsipə əsaslanır və əgər Ermənistanın gələcəkdə hakimiyyətə gələcək istənilən hökuməti bu sənədə şübhə ilə yanaşsa və Azərbaycanın ərazi bütövlüyünü yenidən mübahisə predmeti etsə, bu, İrəvan üçün ciddi nəticələrə səbəb olacaq”.

K.Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində diqqət çəkən mühüm məqamlardan biri də, Minsk qrupunun ləğvi məsələsinə toxunmasıdır: “Dövlət başçısı haqlı olaraq bildirib ki, bu qurum artıq tarixi funksiyasını itirib. 1992-ci ildə ATƏT tərəfindən yaradılmış Minsk qrupu Qarabağ münaqişəsinin həlli üçün fəaliyyət göstərsə də, bu illər ərzində nəticə əldə etməyib. Münaqişənin 2020-ci ildə Azərbaycanın hərbi-siyasi qələbəsi ilə yekunlaşması Minsk qrupunun mövcudluğunu mənasız edib. Ermənistanın da rəsmi şəkildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etməsi fonunda Minsk qrupunun hüquqi və funksional varlığı tamamilə absurddur. Vaşinqtonda Prezident Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşdə hər iki tərəf bu məsələ ilə bağlı razılığa gəlib və ATƏT-ə müvafiq müraciət olunub. Beləliklə, beş ildən artıqdır fəaliyyətsiz olan Minsk qrupunun ləğvi prosesi artıq rəsmi olaraq başlayıb. Bu, Azərbaycanın diplomatik uğurlarından biri kimi dəyərləndirilə bilər”.

K.Bayramov əlavə edib ki, “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində ölkə rəhbəri işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılması prosesində üzləşilən çətinliklərə də toxunub: “Dövlət başçısı qeyd edib ki, bu prosesə əsas iki ciddi maneə var: Azad edilmiş torpaqların geniş şəkildə minalanması və bölgədə infrastrukturun tamamilə dağıdılması. Prezident vurğulayıb ki, bu çətinliklərə baxmayaraq, infrastrukturun bərpası istiqamətində işlər sürətlə və ardıcıl şəkildə aparılır: “Hazırda infrastrukturun inkişafı üzrə artıq yekun mərhələyə yaxınlaşmışıq. Düşünürəm ki, bütün infrastruktur layihələri bəlkə də iki-üç il ərzində tam hazır olacaq”.

Bu fikirlər bir daha göstərir ki, Azərbaycan azad olunmuş ərazilərin sürətli və sistemli şəkildə dirçəldilməsi üçün ardıcıl siyasət həyata keçirir və Böyük Qayıdış prosesini dövlət səviyyəsində uğurla davam etdirir”.

Cavanşir ABBASLI

Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Minsk qrupunun ləğvinə dair qərar gözlənilir – Tarix açıqlandı

Next

Seyfəddin Hüseynlidən mərhum qardaşları ilə bağlı yayılan xəbərə REAKSİYA

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv