Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Ermənistanla Azərbaycan eyni təşkilatda?

By Vüsal Rafiqoğlu
29.08.2025 4 Min Read

Politoloq: “Ararat Mirzoyan nəyisə qarışdırır”

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sensasion açıqlama ilə çıxış edib. O bildirib ki, həm Ermənistan, həm də Azərbaycan artıq Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük üçün müraciət təqdim ediblər. 

“Biz müraciət etmişik, Azərbaycan da müraciət edib. Yaxınlaşan ŞƏT sammitinə bizi tərəfdaş qismində dəvət ediblər. Biz iştirak edəcəyik. Hesab edirik ki, həm biz, həm də Azərbaycan bu quruma qoşula bilər və qoşulmalıdır”, – deyə Mirzoyan vurğulayıb.

Qeyd edək ki, ŞƏT-in sammiti avqustun 31-dən sentyabrın 1-dək Tyançzin şəhərində keçiriləcək. 

Toplantının əsas mövzusu ŞƏT-in növbəti 10 il üçün inkişaf strategiyasının təsdiqi olacaq. Liderlər təhlükəsizlik, iqtisadi əməkdaşlıq, rəqəmsal texnologiyalar, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəklər. Çin sammit çərçivəsində yeni təşəbbüslər elan etməyi planlaşdırır.

Bəs Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olması realdırmı və üzv olmalıdırmı? Ermənistanın Azərbaycanın bu quruma üzv olmasını istəməyi nə ilə bağlıdır?

Yusif Bağırzadə də prezidentliyə namizədliyini irəli sürür » Newscenter.az

 Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Ararat Mirzoyan böyük ehtimalla nəyisə qarışdırır: “Çünki Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı hazırki statusu dialoq üzrə tərəfdaş statusudur. Bu da o deməkdir ki, Azərbaycan ŞƏT-in üzvü olmaq üçün gərək hələ təşkilatda müşahidəçi statusu almış olsun. Belə ki, ŞƏT-də təmsil olunmağın üç səviyyəsi mövcuddur. Dialoq tərəfdaşlığı ilkin mərhələdir, ikinci mərhələ müşahidəçi statusu almaq, yalnız son mərhələ tamhüquqlu üzvlükdür. Azərbaycanda 2024-cü ildə müşahidəçi statusu almaq üçün müraciət edib, amma hələ ki, bu məsələ öz müsbət həllini tapmayıb.

Məlumdur ki, ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Qurumun Səmərqənd sammitində İranın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra ŞƏT üzvlərinin sayı 9 olmuşdu. Astana görüşündə isə Belarusun da tam hüquqlu üzv kimi qəbulundan sonra bu ölkələrin sayı 10-a çatdı. Bunlar Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran və Belarusdur. Əfqanıstan, Monqolustan müşahidəçi üzvlər, Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan, Misir, Səudiyyə Ərəbistan, Qətər, Bahreyn, Maldiv Respublikası, Myanma, BƏƏ, Küveyt və Şri-Lanka olmaqla 14 ölkə isə dialoq tərəfdaşlarıdır”.

Politoloq dedi ki, Şanxay Əməkdaşlıq Təşkilatını xüsusilə son illərdə beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində daha mühüm rol oynamağa başlayan qurum kimi xarakterizə etmək olar: “ŞƏT-in beynəlxalq hüquqi cəlbediciliyinin digər tərəfi onun hansısa bloka daxil olmaması, üçüncü ölkələrə və ya digər beynəlxalq təşkilatlara qarşı yönəlməməsi, bütün iştirakçıların bərabərliyi və suverenliyinə hörməti, daxili işlərə qarışmaqdan imtina etməsi və münaqişələrin qarşısının alınmasıdır. ŞƏT ilə əməkdaşlıq, xüsusilə 2016-cı ildə Azərbaycan dialoq tərəfdaşı statusu aldıqdan sonra inkişaf etməyə başlayıb. Bu da təbiidir. Çünki Azərbaycan hər zaman bütün iqtisadi təşkilatlarla bərabərhüquqlu əməkdaşlıqda maraqlı olub. Ölkəmiz hazırda da ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin irəlilədilməsi üzrə təşkilatla faydalı əməkdaşlıq edir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının əsas, müşahidəçi və dialoq tərəfdaşları ilə ticarət dövriyyəsi də yüksək səviyyədədir. Belə ki, Azərbaycanın ən böyük 4 ticarət tərəfdaşından 3-ü, yəni Rusiya, Çin və Türkiyə bu təşkilatın əsas üzvü və ya dialoq tərəfdaşıdır. Ümumiyyətlə isə ölkəmizin təşkilata üzv olan bir çox ölkələrlə olduqca yaxşı münasibətləri var. Pakistan, Çin, Özbəkistan, Qazaxıstan Qırğızıstan, Tacikistan kimi ölkələrlə və o cümlədən Belorusla da Azərbaycanın münasibətləri yüksək səviyyədədir”.

Y.Bağırzadə onu da qeyd etdi ki, ŞƏT və onun üzvləri Azərbaycanın da üzərində yerləşdiyi nəqliyyat dəhlizlərindən yararlanan ölkələrdir və bu reallıq Azərbaycanı təşkilat üçün maraqlı aktora çevirir: “Son dövrlərdə Azərbaycanın təşkilata üzv olan ölkələrlə iqtisadi tərəfdaşlığının, xüsusilə də ticarət səviyyəsinin yüksəlməsi onu deməyə əsas verir ki, bu təşkilata üzvlük Azərbaycana dividentlər qazandıra bilər. Azərbaycan üçün təşkilata üzvlük bir sıra üstünlüklər vəd edir. İlk növbədə, regional təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq imkanları yaranacaq. Eyni zamanda Çin, Rusiya, Hindistan və Orta Asiya ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi gözlənilir. Zəngəzur dəhlizi və Orta dəhliz kimi layihələr də ŞƏT platformasında əlavə dəstək qazana bilər. Bununla yanaşı, Azərbaycanın Qərb və Avrasiya məkanında balanslaşdırılmış siyasəti güclənəcək. Bununla belə, nəzərə alsaq ki, Çinlə ABŞ və Avropa arasında münasibətlər getdikcə gərginləşir, qarşılıqlı ticarət məhdudiyyətlərinin tətbiqinə başlanıb, Rusiya və İran Qərbin ağır sanksiyaları altındadır, bu zaman Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzvlüyünün siyasi baxımdan ölkəmiz üçün müəyyən çətinliklər yarada biləcəyi ehtimalının yüksək olduğunu söyləyə bilərik. Doğrudur, hələlik ŞƏT əsasən iqtisadi əməkdaşlıq müstəvisi kimi daha çox tanınır. Lakin Qərblə münasibətlərin getdikcə gərginləşməsi fonunda siyasi müzakirələrin, qərarların alınması məsələlərinin gündəmə gəlməsi perspektivini istisna etmək mümkün deyil”.

Politoloq vurğuladı ki, Ermənistanın Azərbaycanın bu quruma üzv olmasını istəməsinin arxasında iqtisadi əlaqələri bərpa etmək, Azərbaycanın loqistik imkanlarından bəhrələnmək niyyəti dayanır: “Azərbaycan və Ermənistan arasında hələ ki ticari-iqtisadi münasibətlər və ya buna dair imzalanmış sənədlər yoxdur. Sülh sazişi imzalanmayana qədər bunların olması da inandırıcı deyil. Amma hər iki ölkənin ŞƏT-də olması qəbul olunan ümumi qərarlar və razılaşmalar əsasında hansısa iqtisadi əlaqələri qurmağa və Azərbaycanın loqistik imkanlarından yararlanaraq ŞƏT ölkələri ilə əlaqələri inkişaf etdirməyə imkan verə bilər. Ermənistanla eyni təşkilatda yer alması isə gələcək dialoq üçün yeni imkanlar aça bilər. Digər səbəb isə Ermənistanın quruma Azərbaycan olmadan qəbulunun mümkünsüzlüyü ilə bağlı ola bilər. ŞƏT üzv ölkələrinin Azərbaycanı qəbul etmədən tək Ermənistanı quruma qəbul etmələri inandırıcı deyil. ŞƏT bu məsələlərdə ehtiyatlı davranmağa üstünlük verir. Məsələn, Hindistan və Pakistanın üzvlüyə qəbuluna dair qərar da eyni gündə 2017-ci ilin iyununda verilmişdi”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ukrayna Kiyevin QİSASINA BAŞLADI: Rusiya şəhəri YERLƏ-YEKSAN edildi – partlayışlar, yanğınlar…

Next

Payız gəlməmiş ət bahalaşdı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv