Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Milli parklar, qoruqlar, yasaqlıqlar…

By Vüsal Rafiqoğlu
02.09.2025 3 Min Read

Bunlar nəsli kəsilməkdə olan canlıların son sığınacaq yerləridir

Azərbaycanda hər il milli parkların əhatə dairəsi genişlənir.  Bu isə ölkəmizdə ekoloji tarazlığın bərpası, flora və fauna ekosisteminin qorunması deməkdir. 2025-ci ildə  Prezident İlham Əliyevin sərəncamı ilə daha iki milli park- Axar-Baxar və İlisu milli parkları fəaliyyətə başlayıb. Bəs milli parklar nədir? Milli parklar xüsusi ekoloji əhəmiyyət daşıyan təbiət komplekslərinin  mühafizəsini təşkil edən xüsusi statuslu ərazilərdir.
Hazırda ölkəmizdə 893 min hektar sahəni əhatə edən və xüsusi mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan  10-u milli park, 10-u  dövlət təbiət qoruğu, 2-si qeydiyyatda olmayan qoruq, 24-ü dövlət təbiət yasaqlığıdır.

Eyni zamanda, yaşı 100-dən yuxarı 2083 ağac, 37 geoloji və paleontoloji obyektlər və 15 min hektar  və endemik qiymətli meşə növü sahələri vardır. Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 594939,1 hektardır və ümumi ərazinin 7%-ni təşkil edir.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə 1925-ci ildə  Göygöl Dövlət Təbiət Qoruğu yaradılıb. Ölkəmiz müstəqillik qazanandan sonra  milli parkların yaradılmasına isə 2003-cü ildən başlanıb. 2003-cü ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağgöl, Hirkan, Altıağac, Abşeron, Şahdağ, Göygöl milli parkları da yaradılıb. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ordubad Milli Parkının ərazisi, Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına Şahbuz Dövlət Təbiət Qoruğu genişləndirilib. Eyni sərəncamla o, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb.

Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılan milli park yarımadanın cənub-şərq qurtaracağında – Şah Dili ərazisindədir. Parkda 50-dən artıq quş və heyvan, 25-ə qədər bitki növü mövcuddur. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində dünyada nadir hesab olunan Xəzər suitisinə rast gəlinir. Xəzər suitisi pərayaqlıların yeganə nümayəndəsidir ki, dünya okeanının ən kiçik suitisi kimi «Ginnesin Rekordlar Kitabı»na daxil edilib.

Respublikamızın şimal-şərqində, Xızı və Siyəzən rayonlarının ərazisindəki Altıağac Milli Parkı 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında yaradılıb. Milli park Şamaxıdan altı ağac məsafəsində yerləşdiyindən ona və kəndlərin birinə Altıağac adı verilib. Xatırladaq ki, bir ağac məsafəsi təqribən 5-6 kilometrə bərabərdir. Şahdağ Milli Parkı  da ölkəmizdə turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edən füsunkar guşələrdən biridir.

İkinci Qarabağ müharibəsində qüdrətli Azərbaycan Ordusu  tarixi Qələbə qazandı. İşğalaqədər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 43 min hektara yaxın xüsusi mühafizə olunan 2 dövlət təbiət qoruğu, 4 dövlət təbiət yasaqlığı olub. Postmüharibə dövründə onların yenidən bərpası nəzərdə tutulub. Hazırda həmin ərazilərdə təbiətin mövcud vəziyyəti ilə bağlı qiymətləndirmə işləri aparılır. Yeri gəlmişkən, işğaldan əvvəl Qarabağda milli park olmayıb. Artıq qanunvericilik milli parkların yaradılmasına imkan verir. Buna görə də Qarabağda yeni milli parklar yaradılması gündəmdədir.

İşğaldan azad olunmuş ərazilərdəki təbiət qoruğu və yasaqlıqların vəziyyəti heç də ürəkaçan deyil. Erməni işğalçıları 30 il ərzində Avropanın yeganə təbii çinar massivindən ibarət olan Bəsitçay qoruğundakı ağacların yarıdan çoxunu kəsərək məhv ediblər. Həmçinin  Qaragöl qoruğunun da böyük bir hissəsi qurudulub. Yasaqlıqların ərazisində olan meşə sahələrinin minlərlə hektarının kəsildiyi qeydə alınıb. Artıq bundan sonra  həmin ərazilərdə davamlı tədbirlərin görülməsi zərurəti yaranıb.

Təbiət abidələri də xüsusi mühafizə olunan obyektlər hesab olunur. Qarabağ ərazisində 152 təbiət abidəsi qeydə alınıb. Orada yaşı 450, 500, hətta 2000 il olan ağaclar var idi ki, onların əksəriyyəti vəhşi ermənilər tərəfindən kəsilib, daşınıb və məhv edilib. Gələcəkdə vandallardan müvafiq təzminatın tələbi üçün hazırda qiymətləndirmə işləri aparılır.

Rəqəmlərdən və statistikadan da göründüyü kimi, Azərbaycan dövləti ölkənin nadir təbiətinin qorunması məsələlərinə böyük diqqət yetirir. Bununla yanaşı, yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər davam etdirilir, digər tərəfdən mövcud olanların əraziləri genişləndirilir. Ümumiyyətlə, xüsusi mühafizə olunan təbiət əraziləri sayı azalmaqda və nəsli tükənməkdə olan bitki və heyvan növlərini qorumağa hesablanıb. Çünki bu onların son sığınacaq yerləridir.
Azərbaycanda  milli parklara və qoruqlara təşkil edilən ekoturizmlər hər il genişlənir. Hazırda milli parklarda meşə, dağ, dəniz və digər təbii ekosistemləri əhatə edən 116 ekoturizm marşrutu mövcuddur.
Ötən il Azərbaycanın milli parklarını 260 mindən çox turist ziyarət edib. Ən çox ziyarətçiləri olan milli parklar arasında ilk üçlükdə Göygöl, Abşeron və Şahdağ milli parkları qərarlaşıb.

Elçin Zaman, «İki sahil»

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

32 il sonra Bakıdan Ağdama…

Next

Niyə mütləq qucaqlamalıyıq?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv