Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Parlamentin qəbul etdiyi Bəyanatın TAM MƏTNİ

By Vüsal Rafiqoğlu
30.09.2025 4 Min Read

Milli Məclisin bu gün keçirilən plenar iclasında 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.

Musavat.com-un məlumatına görə, bəyanatı komitə sədri Azər Əmiraslanov təqdim edib.

Bəyanatın tam mətnini təqdim edirik:

“2020-ci il sentyabrın 27-də başlanmış və Azərbaycan Silahlı Qüvvələrinin parlaq Qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsi milli tariximizin ən şərəfli səhifələrindən birini təşkil edir. 30 illik işğala hərbi yolla son qoymaqla və dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etməklə Azərbaycan Respublikası bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquq mexanizmlərinin işləmədiyi, dövlətlərə münasibətdə ikili standartların hökm sürdüyü bir şəraitdə də uzaqgörən və müdrik dövlətçilik strategiyası, öz lideri ətrafında sıx birləşən xalqın qanuni maraqlarını müdafiə etmək naminə fədakarlığı ədaləti bərpa etməyə və tarixin gedişini dəyişdirməyə qadirdir.

Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Qələbənin əldə olunmasında həlledici rol oynamışdır. Onun irəli sürdüyü milli təhlükəsizlik konsepsiyasının həyata keçirilməsi nəticəsində müasir dövrün ən yüksək standartlarına cavab verən silahlı qüvvələr formalaşdırılıb. Doğma torpaqlarını işğaldan azad etməyə hazır olan vətənpərvər gənc nəsil yetişdirilib. Bütün bunlar Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi barədə Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsinə şərait yaratmışdır.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji baxışı, cəsarəti, qətiyyəti və əzmkarlığı, sərkərdəlik məharəti döyüş meydanında uğurların təməlində dayanmışdır. Vətən müharibəsi Azərbaycan əsgərlərinin və zabitlərinin kütləvi qəhrəmanlığına və fədakarlığına səhnə olmuşdur. Hərbi qulluqçular ən yüksək peşəkarlıq, mərdlik və Vətənə sədaqət nümayiş etdirmiş, öz borclarını şərəflə yerinə yetirərək doğma torpaqlarımızı işğaldan azad etmişlər. Onların bir çoxu “Vətən Müharibəsi Qəhrəmanı” adına və yüksək dövlət mükafatlarına layiq görülüb”.

Bəyanatda daha sonra bildirilir: “Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn normalarını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlər törətmişlər. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ şəhərlərinə, Siyəzən, Xızı rayonlarına, digər yaşayış məntəqələrinə ballistik raketlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir.

Dinc yaşayış məntəqələrinə 227 raket və 30 minə yaxın mərmi atılmış, nəticədə 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 450-dən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər və çoxmənzilli yaşayış binaları dağıdılmış və ya onlara ciddi ziyan vurulub.

Bu qanlı hücumlara və vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn normalarına dönmədən əməl etmiş, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməyib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpası günü kimi tarixə həkk olunub.

İşğalçılara qarşı döyüş əməliyyatlarında həlak olmuş hərbi qulluqçuların, Ermənistanın dövlət terrorizmi aktları nəticəsində şəhər və kəndlərdə qətlə yetirilmiş dinc insanların xatirəsinə ehtiram əlaməti olaraq bu il sentyabrın 27-də ölkəmizdə “Anım Günü” beşinci dəfə qeyd edilmişdir. Vətən yolunda canından keçmiş şəhidlər xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandanın məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatı xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi.

Bu gün Azərbaycan hökuməti azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun bərpasına dair geniş miqyaslı proqramlar həyata keçirir. Ərazilər minalardan təmizlənir, işğal dövründə vəhşicəsinə dağıdılmış şəhər və kəndlər yenidən yaradılır, yollar, körpülər, tunellər, digər obyektlər inşa olunur, elektrik və su xətləri çəkilir. Bölgədə üç beynəlxalq hava limanı tikilib istifadəyə verilib. “Yaşıl” energetikanın, innovativ infrastrukturun genişləndirilməsinə və ərazilərin dayanıqlı inkişafına xüsusi diqqət yetirilir. Keçmiş məcburi köçkünlər mərhələ-mərhələ öz yurdlarına qaytarılır. İndiyədək 50 mindən çox soydaşımız doğma torpaqlarında yenidən dinc həyata başlayıb.

44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla dövlətlərarası münasibətlər qurulmasına hazır olduğunu bəyan etmiş, sülhün bərqərar edilməsi üçün beynəlxalq hüquqa əsaslanan 5 təməl prinsip irəli sürmüşdür. Sülh sazişinin layihəsi də məhz Azərbaycan tərəfindən təqdim edilib.

Bu il avqustun 8-də Vaşinqtonda, Ağ evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Birgə Bəyannamə imzalaması, “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması iki ölkə arasında münaqişəyə birdəfəlik son qoyulmasına əlverişli şərait yaradır. Eyni zamanda əldə edilmiş razılaşmalara uyğun olaraq reallaşacaq Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevrilmək potensialına malikdir.

Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamədə sülh sazişinin rəsmi şəkildə imzalanması üçün Azərbaycanın irəli sürdüyü hər iki şərt təsbit edilib. İlk nəticə kimi, Azərbaycan və Ermənistanın müraciətinə əsasən keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk prosesi və əlaqəli strukturları ATƏT-in Nazirlər Şurasının qərarı ilə ləğv edilib. Digər şərt olan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı müvafiq dəyişikliklər edildikdən sonra isə iki ölkə arasında sülh sazişinin imzalanması yolunda heç bir maneə qalmayacaq.

Milli Məclis əmin olduğunu bildirir ki, şəhidlərimizin qanı və canı bahasına, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin nailiyyətləri Azərbaycan xalqının bugünkü və gələcək nəsilləri üçün daim güc və ilham mənbəyi olacaq, xalqımız öz liderinin ətrafında sıx birləşərək bölgədə güvənlik və inkişafın dayağı olan güclü, ləyaqətli və ədalətli dövlətini möhkəmləndirmək yolunda yeni-yeni uğurlar qazanacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev italiyalı həmkarını belə qarşıladı – VİDEOFOTO

Next

Azərbaycanı Türkiyədə vuranlar: Tehran və Moskva iş başında – saxlanan Tuğberki niyə buraxdılar?!

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv