Siyasət 

İlham Əliyev “Qarabağ”ı təbrik etdi – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində Danimarka çempionu “Kopenhagen” üzərində inamlı qələbə qazanan “Qarabağ” futbol klubunu təbrik edib.

Musavat.com xəbər verir ki, dövlət başçısı qeyd edib:

“Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm. Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”.

photo_2025-10-01_23-19-27.jpg (99 KB)

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının II turunda Bakıda “Kopenhagen”i 2:0 hesabı ilə məğlub edib. İlk qolu 28-ci dəqiqədə Abdullah Zubir, ikinci qolu isə 83-cü dəqiqədə Emmanuel Addai vurub.

Daha çox xəbərlər