Azərbaycan bayrağı Xudafərin körpüsündə dalğalanır
Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri 2020-ci il Vətən müharibəsi dövründə yazıldı. Bu qələbə ilə xalqımız həm torpaqlarını azad etdi, həm də illərlə həsrətində olduğu qədim yurd yerlərinə yenidən sahib çıxaraq tarixi ədaləti bərpa etdi. Bu möhtəşəm zəfərin rəmzi hadisələrindən biri isə qədim Xudafərin körpüsünün düşməndən azad olunması və orada Azərbaycan bayrağının dalğalanması oldu.
Xudafərin körpüsü əsrlərin sınağından keçmiş, xalqımızın mədəniyyətini, tarixini və mənəvi gücünü özündə yaşadan unikal bir abidədir. Bu körpü təkcə mühüm strateji yol deyil, həm də Azərbaycan xalqının zəngin irsinin canlı şahididir. Onun azad olunması və üzərində üçrəngli bayrağımızın dalğalanması dövlətimizin suverenliyinin, xalqımızın milli birliyinin təntənəsi idi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qısa müddətdə böyük uğurlar əldə edərək işğal altındakı torpaqlarımızı azad etdi. Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması isə bu zəfərin həm tarixi, həm də siyasi əhəmiyyətini göstərdi. Bu addım bir tərəfdən torpaqlarımız üzərində dövlətimizin tam suverenliyini təsdiqlədi, digər tərəfdən isə xalqımızın iradəsini və gücünü bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan bayrağının Xudafərin körpüsündə dalğalanması xalqımız üçün sadəcə bir qələbə simvolu deyil, həm də gələcək nəsillərə əmanət olan böyük bir dərsdir. Bu hadisə göstərdi ki, milli birlik və həmrəylik sayəsində heç bir qüvvə xalqımızın iradəsini qıra bilməz.
Nəticə etibarilə, Xudafərin körpüsündə dalğalanan Azərbaycan bayrağı tariximizin qızıl səhifəsinə yazıldı. Bu, həm Vətən müharibəsinin zəfər nişanəsi, həm də xalqımızın əzəli və əbədi torpaqlarına sahib çıxma əzminin parlaq ifadəsidir.
Azərbaycan xalqı üçün Xudafərin körpüsü yalnız daş və kərpicdən ibarət qədim bir quruluş deyil. Bu körpü minilliklər boyunca İpək yolunun mühüm ticarət və mədəniyyət mərkəzlərindən biri olmuş, sivilizasiyaların qovuşduğu bir məkan kimi tarixdə öz izini qoymuşdur. Ona görə də bu abidənin azad olunması həm də mədəni irsimizin qorunması deməkdir.
Ən əsası isə, bu hadisə bir daha sübut etdi ki, Azərbaycan dövləti və xalqı öz torpaqlarını qorumaq əzmində sarsılmazdır. Əgər bir zamanlar Xudafərin körpüsü ayrılığın, işğalın, həsrətin rəmzi idisə, bu gün həmin körpü azadlığın, qürurun və dövlət müstəqilliyimizin möhkəmliyinin nişanəsinə çevrilib.
Müzəffər Ordumuzun qazandığı bu zəfər gələcək nəsillərə də mühüm mesaj verir: Vətən torpağı müqəddəsdir, onu qorumaq və yaşatmaq hər bir azərbaycanlının ən ümdə borcudur. Xudafərin üzərində dalğalanan üçrəngli bayraq isə bu müqəddəs borcun şanlı təcəssümüdür.
Bu gün körpü üzərindən baxan hər kəs yalnız bir tarixi abidəni deyil, həm də xalqımızın iradəsini, mübarizliyini və qələbə əzmini görür. Azərbaycan bayrağı orada əbədi dalğalanacaq və gələcək nəsillərə qürur mənbəyi olacaq.
Bu hadisə yalnız Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün də qürurverici bir an idi. Çünki Xudafərin körpüsü həm də xalqlar arasında birləşdirici bağ, mədəniyyətlərin və ənənələrin qovuşduğu bir məkan olmuşdur. Azərbaycan bayrağının burada dalğalanması Türk dünyasının gücünün, həmrəyliyinin və gələcəyə inamının bariz göstəricisidir.
Xudafərin körpüsü üzərində ucaldılan üçrəngli bayraq bir daha sübut etdi ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azadlığı xalqımızın qətiyyətli mübarizəsinin nəticəsidir. Bu, həm də şəhidlərimizin qanı bahasına qazanılmış müqəddəs bir zəfərdir. Onların qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı bu tarixi günə şahidlik edə bildi.
Bu hadisə eyni zamanda dövlətimizin beynəlxalq arenada mövqeyini də möhkəmləndirdi. Azərbaycanın haqq səsi, ədalət uğrunda apardığı mübarizə dünya ictimaiyyəti tərəfindən qəbul olundu. Xudafərin körpüsündə bayrağımızın dalğalanması isə bu qələbənin həm hüquqi, həm siyasi, həm də mənəvi təsdiqi oldu.
Nəticə etibarilə, Xudafərin körpüsü üzərində dalğalanan Azərbaycan bayrağı yalnız bir tarixi hadisə deyil, həm də xalqımızın birliyini, gücünü və əzmini göstərən əbədi simvoldur. Bu gün biz həmin anı xatırlayarkən böyük qürur hissi keçiririk və əminliklə deyirik: Azərbaycan bayrağı hər zaman öz müqəddəs torpaqlarımız üzərində dalğalanacaq
Cənab Prezident İlham Əliyev demişdir ki, Xudafərin körpüsü Azərbaycan xalqının həm milli sərvəti, həm də xalqımızın istedadının sübutudur.
Körpünün azad olunmasına, dövlət bayrağının orada ucaldılmasına dair bu fikirlər xalq üçün mənəvi dəyəri yüksək olan simvolika kimi təqdim olunur.
Xudafərin körpüsünün siyasi əhəmiyyəti çoxdur .Bunlardan bir neçəsini sadalamaq istəyirəm :
1. Dövlət suverenliyinin təsdiqi
Xudafərin körpüsündə Azərbaycan bayrağının dalğalanması bir daha göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bu torpaqlar üzərində tam sahiblik hüququna malikdir.
2.Qələbənin simvolu
Bu körpü üzərində bayrağın qaldırılması Vətən müharibəsində qazanılan zəfərin rəmzi oldu. Siyasi baxımdan bu hadisə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə qələbəmizin təsdiqi idi.
3. Regionda nüfuzun artması
Xudafərin strateji mövqeyə malikdir. Onun azad olunması və nəzarətə götürülməsi Azərbaycanın Cənubi Qafqazda mövqelərini möhkəmləndirdi.
4. Beynəlxalq mesaj
Bayrağın Xudafərində ucaldılması dünyaya aydın mesaj verdi:
Azərbaycan güclü dövlətdir,
İşğal faktı ilə heç vaxt barışmayıb,
Və nəticədə haqq mübarizəsini qalibiyyətlə başa vurub.
5. Milli birliyin möhkəmlənməsi
Siyasi baxımdan bu hadisə ölkə daxilində xalq–dövlət birliyini gücləndirdi. Xudafərin üzərində dalğalanan bayraq hər bir azərbaycanlıya güc, qürur və gələcəyə inam verdi.
Nəticə etibarilə Xudafərin körpüsünün siyasi əhəmiyyəti ondan ibarətdir ki, o, həm Azərbaycanın suverenliyini dünyaya nümayiş etdirdi, həm də qələbəmizin rəmzi kimi xalqımızın milli birliyin gücünü göstərir .
Xudafərin bizə öyrədir ki:
Torpaq müqəddəsdir, onu qorumaq hər kəsin borcudur.
Birlik və həmrəylik varsa, heç bir qüvvə xalqın iradəsini sındıra bilməz. Bayrağımız harada dalğalanırsa, orada Azərbaycan var.
Bu gün qalib xalqımız adından demək istəyirəm ki, Müzəffər Ali Baş Komandan!
Sizin iradəniz, qətiyyətiniz və müdrik rəhbərliyiniz sayəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. İllərlə həsrətini çəkdiyimiz torpaqlarımız azad olundu, Xudafərin körpüsü üzərində üçrəngli bayrağımız ucaldı.
Xudafərin üzərində dalğalanan bayraq — Sizin rəhbərliyinizdə qazanılan böyük zəfərin əbədi simvoludur. Siz bu tarixi anı xalqımıza yaşatmaqla həm bugünkü nəsillərə, həm də gələcək nəsillərə böyük qürur hissi bəxş etdiniz.
Şəhidlərimizin qanı bahasına qazanılan bu qələbə xalqımızın yaddaşında əbədi yaşayacaq. Biz Sizin sayənizdə həm qalib xalq, həm də daha güclü dövlət olduq.
Minnətdarıq, cənab Ali Baş Komandan!
Xalqımız Sizinlə fəxr edir!
Bu gün Azərbaycan xalqı qürurla deyir:
Xudafərin körpüsü üzərində dalğalanan bayraq Azərbaycanın əbədi zəfər rəmzidir!
Ramil Bəylərzadə – Xəsili kənd tam orta məktəbin tarix müəllimi