Cəmiyyət 

Bu il meyvə-tərəvəz qiymətləri ötən illərlə müqayisədə çox artıb

“Meyvə-tərəvəzin qiymətləri sezon və fəsil dəyişdikcə artma meyli göstərir. Oktyabr-noyabr ayları narın mövsümü olduğu üçün bu zaman nar qiymətləri nisbətən aşağı olur. Lakin fəsil dəyişdikcə, yanvar-fevral aylarında narın qiymətində artım gözlənilir”.

Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib.

O, qeyd edib ki, sezonun bitməsi ilə anbardan və parnikdən gələn meyvə-tərəvəz məhsullarının qiyməti daha yüksək olur. Bu, iqtisadiyyat üçün normal bir proses hesab olunur, çünki tələbatın azalması və məhsulun əlçatanlığının dəyişməsi qiymətləri birbaşa təsir edir:

“Bu il qiymət artımı ötən illərlə müqayisədə daha çox olub. Ötən ilin xərcləri ilə bu ilin xərclərini müqayisə etdikdə aydın olur ki, məhsul istehsalı və logistika xərclərinin artması, həmçinin inflyasiya meylləri qiymətlərin yüksəlməsində əsas rol oynayıb”.

 

Daha çox xəbərlər