Dünya 

Slovakiya Macarıstan və Çexiya ilə anti-Ukrayna koalisiyası yaratmağa hazırdır

Slovakiyanın iqtidar partiyası “Smer”in sədr müavini Lyuboş Blaxa bəyan edib ki, Bratislava, Budapeşt və Praqa arasında Moskva siyasətinə qarşı Brüsselin mövqeyini tənqid edən yeni siyasi ittifaq formalaşa bilər.

“Avropada hələ sağlam düşüncəsini qoruyub saxlayan ölkələrin birgə addımları təkcə mümkün deyil, həm də ehtimal olunandır,” – deyə Blaxa vurğulayıb.

Musavat.com-un məlumatına görə o qeyd edib ki, Slovakiya Macarıstan və Çexiya ilə “anti-Ukrayna koalisiyası” ideyasına müsbət yanaşır, çünki bu üç hökumət Brüsselin Moskva ilə münasibətlərdəki siyasətinin təhlükələrini anlayır.

Daha çox xəbərlər