Bərdə şəhər 3 və 4 nömrəli Uşaq İncəsənət Məktəblərində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
8 Noyabr – Zəfər Günü münasibətilə Bərdə şəhər 3 və 4 nömrəli Uşaq İncəsənət Məktəblərində əlamətdar tədbir təşkil olunub. Tədbirdə məktəblərin rəhbərliyi, müəllim və şagird kollektivi, eləcə də qonaqlar iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər 8 Noyabr – Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində ən şanlı səhifələrdən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz igidlik nümayiş etdirərək torpaqlarımızı düşmən işğalından azad edib.Məktəbin şagirdləri tərəfindən Vətənə, Qarabağa və şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, musiqi nömrələri və mahnılar ifa olunub. Səhnələşdirilmiş bədii kompozisiyalar tədbir iştirakçılarına duyğulu və qürurverici anlar yaşadıb.Tədbirin sonunda Bərdə şəhər 4 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Fəqani Əliyev çıxış edərək, Zəfər Gününün xalqımız üçün böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayıb. O, bu möhtəşəm bayramın Azərbaycan tarixində əbədi yaşayacağını qeyd edib və tədbirin təşkilində əməyi olan müəllim və şagirdlərə təşəkkürünü bildirib.


